7 C
Baku
Thursday, December 12, 2024

Layihələrin idarəedilməsi şöbəsinin mütəxəssisi – Qarabağ Dirçəliş Fondu

0
Layihələrin idarəedilməsi şöbəsinin mütəxəssisi – Qarabağ Dirçəliş Fondu
25.04.2023

Vakansiyanın təsviri

  • Fonda daxil olan layihələr üzrə müraciətləri təhlil etmək və zəruri məlumatları toplamaq;
  • Layihə büdcələrinin işlənib hazırlanmasında, o cümlədən xərclərin qiymətləndirilməsi, izlənməsi və maliyyə vəziyyəti haqqında hesabatların hazırlanmasında iştirak etmək;
  • Layihə üzrə vaxt çərçivələrinin və kritik mərhələlərin müəyyən olunması daxil olmaqla layihə qrafiklərinin hazırlanmasında və monitorinqində iştirak etmək;
  • Layihələrin gedişatını və icrasını izləmək, həmçinin layihələrin vaxtlı-vaxtında icrasının təmin edilməsində, gecikməyə səbəb ola biləcək amillərin aradan qaldırılmasında və risklərin müəyyən edilməsində iştirak etmək;
  • Layihələr üzrə tələb olunan monitorinqlərdə iştirak etmək, bununla bağlı müvafiq icmalar və arayışlar hazırlamaq;
  • Layihələrə dair aparılan işlər üzrə Fondun digər struktur bölmələri, tərəfdaşlar, podratçılar və digər əlaqəli tərəflər ilə effektiv kommunikasiya yaratmaq;
  • Tikinti işlərinin gedişatına və keyfiyyətinə nəzarət etmək məqsədilə əraziyə səfərlər həyata keçirmək;
  • Tikinti planlarını və spesifikasiyalarını nəzərdən keçirmək və ehtiyac yarandığı təqdirdə memar və mühəndislərlə birgə əlaqələndirmək;
  • Layihələrin icra vəziyyəti barədə aidiyyəti qurumlar və şəxslərdən zəruri məlumatlar əldə etmək;
  • Layihələrin effektivliyinin artırılması məqsədi ilə qabaqcıl yerli və beynəlxalq təcrübələrin tətbiqinə dair təkliflər vermək;
  • Fondun fəaliyyətinə aid olan məsələlərlə bağlı dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər arasında səmərəli əlaqələndirməni təmin etmək;
  • Rəhbərliyə və maraqlı tərəflərə layihələrin icra statusu ilə bağlı hesabatları hazırlamaq və təqdim etmək.

Xüsusi tələblər

  • İqtisadiyyat, idarəetmə, mühəndislik və ya digər müvafiq texniki ixtisas üzrə ali təhsil (magistr dərəcəsi arzuolunandır);
  • PMP, CPM, “Dövlət Satınalmaları” sertifikatları olan namizədlərə üstünlük verilir;
  • Layihələrin idarəedilməsi üzrə minimum 2 il iş təcrübəsi.
  • Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı olmalı (rus və ingilis dili biliyi arzuolunandır);
  • Aşağıdakı proqramlarda yüksək səviyyədə işləmək bacarığı olmalı:
  • Microsoft Outlook, Word, Excel, Sharedpoint (Power Point arzuolunandır);
  • Trello (və ya digər bu tipli proqramlar).
  • Daxili və xarici maraqlı tərəflərlə (steykholderlər) əlaqələrin qurulması, ünsiyyət və kommunikasiya bacarığı olmalı;
  • Nəticəyönümlü və punktual olmalı;
  • Təşəbbüskar və məsuliyyətli olmalı;
  • Stressə davamlı, dürüst və analitik düşünmə qabiliyyəti, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı olmalı;
  • Komanda şəklində işləmə və effektiv ünsiyyət bacarığına sahib olmalı;
  •  Yüksək təşkilatçılıq xüsusiyyətləri olmalı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmək bacarığına sahib olmalı.
  • İş şəraiti:İş saatları – 09:00-dan – 18:00-dək.
  • Şənbə, bazar istirahət günləridir.
  • Əmək haqqı:Müsahibə zamanı əlavə məlumat veriləcək.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları