11 C
Baku
Thursday, November 14, 2024

Logistika Meneceri – Avrora

0
Logistika Meneceri – Avrora
Bakı
18.10.2023

Əsas vəzifə öhdəlikləri:

  • Anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin, həmçinin anbarlama şəraitinin standartlara uyğun olmasını təmin etmək və bununla əlaqədar müvafiq düzəldici, inkişaf etdirici və önləyici təklif, hesablama və təqdimatların hazırlanması;
  • Anbar qalıqlarının kontrol edilməsi, yaranan problemlər barəsində nəticə çıxarılması və lazımi tədbirlərin görülməsi;
  • Anbar sahəsindən səmərəli istifadə etmək şərti ilə saxlanılan məhsulların düzgün yerləşdirilməsinə nəzarət olunması;
  • Məhsulların son istifadə tarixinə (SİT) nəzarət etmək, SİT bitməsinə müəyyən vaxt qalmış məhsulların siyahısını təşkil edib aidiyyəti qurumları mütəmadi olaraq məlumatlandırmaq.
  • Anbar və logistika işlərinin (malların qəbulu, saxlanılması, yüklənməsi, göndərilməsi, sayılması və s.) ümumi təşkili, idarə olunması;
  • Anbara mədaxil və məxaric olunan məhsullara nəzarət edilməsi;
  • Anbara məxsus avadanlıqların inventarlaşmasının aparılmasında iştirak etmək;
  • Xüsusi texnika və tərtibatların icazəsiz işlədilməsinin, zədələnməsinin qarşısının alınması üçün operativ tədbirlər görmək;
  • Avtomatlaşdırılmış anbar və logistika proseslərinin idarə olunması;
  • Anbarda və daşınmada xərcləri, itkiləri minimumlaşdırmaq;
  • Anbar qalıqlarına nəzarət, “out of stock” və “over stock”-a nəzarət;
  • Satış proqnozlarına əsasən anbar ehtiyatlarının minimal saxlama səviyyəsi ilə planlanması;
  • Sifarişlərin vaxtında və effektiv çatdırılmasının təşkili, yaranan problemləri (gecikmələr, sənədlərin düzgün idarə olunması, boş maşınların əraziyə buraxılmaması və s.) yerində həll edilməsi;
  • Anbarda təhlükəsizlik texnikası, yanğından mühafizə və təhlükəsizlik qaydalarına əməl etmək, yükləmə-boşaltma işlərinin aparılması, mühafizə olunması və vaxtında tədarükçüyə çatdırmanın təşkil edilməsi;
  • Satış və digər aidiyyəti strukturlarla sıx işləyərək sifarişlərin mütəmadi planlanması.

Tələb olunan bilik və bacarıqlar:

  • Heyət idarəetmə bacarığı;
  • Anbar və logistika sahəsi üzrə dərin biliklər;
  • Şirniyyat və qida məhsulları sahəsi üzrə tədarük zənciri proseslərinin idarəetmə bacarığı;
  • Planlama və təşkilatçılıq bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Problem həll etmə bacarığı;
  • Qərar vermə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika, Təchizat Zəncirinin idarəedilməsi üzrə arzuolunandır);
  • İş təcrübəsi: 5 il (anbar sahəsi üzrə);
  • Kompüter bilikləri: MC Office, Axata, Tiger Enterprise (SAP bilikləri üstünlükdür).

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs);
  • Servis şirkət tərəfindən təmin olunur;

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;
  • Sağlamlıq sığortası;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Logistika Meneceri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər