Lombard mütəxəssisi (Sumqayıt) – ParaBokt

    Sumqayıt
    Posted 3 months ago

    Sumqayıt şəhərində yerləşən filiallarımıza Lombard üzrə mütəxəssis tələb olunur. Maliyyə təşkilatlarında və lombardlarda işləyən və lombard kredit portfeli  olanlara üstünlük veriləcək

    LOMBARD  MÜTƏXƏSSİSİ

     Əmək haqqı 400-800 AZN

    Əmək haqqının 2 misli qədər motivasiya

    Əsas vəzifələr:

     Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;

     Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;

     Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;

     Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;

     Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;

     Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

    Namizədə olan tələblər:

    – Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

    – Ali təhsil/ natamam ali təhsil;

    – Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

    – Cins: kişi (arzuolunandır)

    – Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir

    – Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;

    – Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

    Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini ” Sumqayıt- lombard mütəxəssisi” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

    Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

    Job Features

    Job CategoryBank və BOKT işçisi

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.