Salyan,Sabirabad,İmişli və Biləsuvar şəhərində yerləşən filiallarımıza Lombard üzrə mütəxəssis tələb olunur. Maliyyə təşkilatlarında və lombardlarda işləyən və lombard kredit portfeli olanlara üstünlük veriləcək
LOMBARD MÜTƏXƏSSİSİ
Əmək haqqı 400-700 AZN
Əmək haqqının 2 misli qədər motivasiya
Əsas vəzifələr:
Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Namizədə olan tələblər:
– Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
– Ali təhsil/ natamam ali təhsil;
– Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
– Cins: kişi (arzuolunandır)
– Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
– Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
– Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini ” Filialın adı- lombard mütəxəssisi” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |