7 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Məhsul və xidmətlər üzrə aparıcı mütəxəssis – AzİnTelecom

0
Məhsul və xidmətlər üzrə aparıcı mütəxəssis – AzİnTelecom
Bakı
23.11.2021

Vəzifənin adı: Məhsul və xidmətlər üzrə aparıcı mütəxəssis

Şöbə: Kommersiya departamenti/Marketinq şöbəsi

Vəzifə öhdəlikləri

  • Bulud məhsulları üzrə bazar məlumatlarını əldə edib araşdıraraq müştəri ehtiyacları və istəklərini müəyyənləşdirmək.;
  • Bazarda yerini tutan və rəqabətə davamlı olmasına imkan verən məhsullar yaratmaq və artırmaq;
  • Bir sıra müxtəlif amillərə və istifadələrə görə məhsul spesifikasiyalarının müəyyənləşdirilməsi;
  • İnkişafda olan məhsullar üçün prototiplər hazırlayaraq istehsal və dizayn fəaliyyətlərinə dəstək;
  • Məhsulların həyat qabiliyyətli və rəqabətli olmasını təmin etmək üçün bazar araşdırması materiallarına və satış məlumatlarına müraciət etmək;
  • Məhsul inkişafının ilkin mərhələsini, eləcə də məhsulun yaradılması, idarə olunması və sənədləşdirilməsi ilə bağlı tələb və nəticələri formalaşdırmaq və idarə etmək;
  • Növbəti mərhələyə keçmədən əvvəl layihə qrupu və rəhbərliyi tərəfindən qiymətləndirmə üçün təklif və dizaynların təqdim edilməsi;
  • Yeni məhsul, proqram və layihələrin uyğun istifadə qaydalarının hazırlanması;
  • Yeni məhsullar haqqında təlim materiallarının hazırlanması.

 Tələb olunan bilik və bacarıqlar:

  • Bulud platformaların brend və məhsulları barədə məlumatlı olmaq;
  • Bulud məhsullarının növləri barədə dərin bilik və təsəvvürə malik olmaq;
  • Bulud texnologiyaları sahəsində  müştərilərlə iş üzrə biznes stimulları barədə məlumatlı olmaq;
  • Məhsulun dizayn edilməsi bacarıqlarına sahib olmalı və məhsul komponentləri ilə materialların həm funksional, həm də estetik cəhətdən birlikdə işləmə prinsiplərini anlamalı;
  • Vaxtın idarə olunması bacarıqları.

Təhsil:

  • Marketinq və ya biznes sahəsində bakalavr dərəcəsi (Texniki təhsili olan namizədə üstünlük verilir)

Dil bilikləri:

  • Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dilini bilənlərə üstünlük verilir;
  • Microsoft Office proqramlarında (Word, Excel və PowerPoint) sərbəst işləmə bacarığı;
  • Microsoft Project kimi proqramları bilənlərə üstünlük verilir

Müəyyən sahələrdə peşəkarlıq (dərəcələri):

  • B2B və B2C arenası çərçivəsində əsas bulud platformaların və İaaS, PaaS,SaaS üzrə dərin biliklər

İş təcrübəsi:

  • İT sənayesində minimum 3 illik təcrübə;
  • Bulud Məhsul və Xidmət istehsalçısı və ya əlaqəli bir sahədə 2-3 illik təcrübə

Xüsusi tələblər:

  • AWS, Azure, DigitalOcean platformalarında  məhsullar barəsində və  praktik tətbiqdə təcrübəsinə malik olmaq;
  • Qeyd olunan proqramlar və texnologiyalar üzrə əsas biliklər (OpenStack,VMware,Windows, Linux, WAN, LAN, OSI model, LoadBalancing, Relational və Non-Relational DataBase);
  • Əlavə iş saatlarında rahat çalışa bilmək imkanı

İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər
X