8 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Məhsulların inkişafı və yaradılması üzrə mütəxəssis/aparıc/baş mütəxəssis – Ziraat Bank Azərbaycan ASC

0
Məhsulların inkişafı və yaradılması üzrə mütəxəssis/aparıc/baş mütəxəssis – Ziraat Bank Azərbaycan ASC
Bakı
25.08.2021

“Ziraat Bank Azərbaycan” ASC Satış və Marketinq departamentinə Məhsulların inkişafı və yaradılması üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi/maliyyə təhsili;
• Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 3 il iş təcrübəsi;
• Kollektivlə işləmə bacarığı;
• Analitik problemləri təhlil və həll etmə qabiliyyəti;
• Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənilməsi;
• Türk və ingilis dili biliyi (rus dil biliyi müsbət qarşılanır);
• Microsoft Excel (yüksək səviyyədə), SQL (üstünlük verilir) bilikləri.

Əsas vəzifələr:

• Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
• Korporativ və pərakəndə bank məhsulları ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;
• Bazarda olan bank məhsullarından xəbərdar olub, bazar araşdırmasını həyata keçirmək və bankın mövcud məhsulları ilə müqayisə etmək;
• Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
• Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün aidiyyəti struktur bölmələr ilə işləmək;
• Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
• Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili keçirilməsi;
• Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
• Məhsulun yaradılması proseslərini hazırlamaq və idarə etmək;
• İnkişaf etdirilən məhsulun hüquqi qanunlara, yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
• Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
• İnkişaf etdirilən məhsulun qiymətləndirilməsini və marketinqini həyata keçirmək;
• Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək;

Göstərilən tələblərə cavab verən namizədlər sentyabr ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi
X