7 C
Baku
Tuesday, December 3, 2024

Məlumat bazası üzrə inzibatçı – eManat

0
Məlumat bazası üzrə inzibatçı – eManat
Bakı
13.06.2023

Vəzifə öhdəlikləri:

  • Məlumat bazaları üzrə sxem, təlimatları tərtib etmək və mütəmadi yeniləmək
  • Məlumat bazalarının idarəedilməsi üzrə proses və vasitələri (tools) müəyyən etmək, qurmaq və idarə etmək
  • Məlumat bazalarını şirkətin mövcud təhlükəsizlik siyasətlərinə əsasən qurmaq və sazlamaq
  • Məlumatların səmərəli istifadəsini təkmilləşdirmək, müvafiq resursları planlaşdırmaq
  • Gündəlik sazlama, quraşdırma, nəzarət və təkmilləşdirmə fəaliyyətini icra etmək
  • Məlumat bazaları ilə əlaqədar insident və problemlərin həlli üzrə təkliflər vermək, onları tətbiq etmək

Tələblər:

  • Məlumat Bazalarının idarə olunması sahəsi üzrə minimum 1 il iş təcrübəsi
  • Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı)
  • Kompüter bilikləri: Məlumat bazaları üzrə biliklər
  • Məlumat bazalarında High Availability (HA), Disaster Recovery (DR) üzrə biliklər
  • Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində Məlumat bazası üzrə inzibatçı” yazılmalıdır. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər