6 C
Baku
Tuesday, January 31, 2023

Məlumat təhlükəsizliyi bölməsi üzrə aparıcı mütəxəssis – TuranBank ASC

0
Məlumat təhlükəsizliyi bölməsi üzrə aparıcı mütəxəssis – TuranBank ASC
Bakı
11.08.2021

Vəzifə: Məlumat təhlükəsizliyi bölməsi üzrə aparıcı mütəxəssis.

Vakansiya üzrə tələblər:

1. Texniki sahə üzrə ali təhsil;
2. 2 ildən artıq informasiya sistemlərində İT üzrə təhlükəsizlik sahəsində iş təcrübəsi;
3. Müvafiq beynəlxalq standartlar (ISO 27001-27002) üzrə biliklər
4. Şəbəkə və sistem təhlükəsizliyi, şəbəkə topologiyaları üzrə biliklər.
5. Şəbəkə avadanlıqlarının, o cümlədən Cisco şəbəkə avadanlıqları, fayrvol avadanlıqlarının idarə edilməsi, sazlanması üzrə biliklər
6. SIEM , DLP, Vulnerability scanner, File integrity və digər təhlükəsizlik sistemləri üzrə biliklər;
7. Səlis Azərbaycan dili, texniki sənədləri tam qavrayacaq səviyyədə ingilis dili bilikləri
8. Məsuliyyətlilik, daim öyrənməyə, inkişafa meyllilik

Vəzifə öhdəlikləri:

1. Məlumat təhlükəsizliyi risklərinin təhlil edilməsi
2. Məlumat təhlükəsizliyi risklərinin idarə edilməsi üzrə müvafiq təkliflərin verilməsi
3. Bankın kompüter şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq sazlamaların aparılması
4. Təhlükəsizlik insidentləri zamanı insidentə adekvat tədbirlərin həyat keçirilməsi
5. Məlumat təhlükəsizliyi üzrə müvafiq standartların tətbiq edilməsi
6. Məlumat təhlükəsizliyi üzrə bankdaxili qaydaların təkmilləşdirilməsində iştirak

Əmək haqqı: 1500 – 2000 AZN

Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Məlumat təhlükəsizliyi” yazmağı unutmayın.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İT
X