23.02.2023
Vəzifə öhdəlikləri:
- Məlumat bazaları üzrə sxem, təlimatları tərtib etmək və mütəmadi yeniləmək
- Məlumat bazalarının idarəedilməsi üzrə proses və vasitələri (tools) müəyyən etmək, qurmaq və idarə etmək
- Məlumat bazalarını şirkətin mövcud təhlükəsizlik siyasətlərinə əsasən qurmaq və sazlamaq
- Məlumatların səmərəli istifadəsini təkmilləşdirmək, müvafiq resursları planlaşdırmaq
- Gündəlik sazlama, quraşdırma, nəzarət və təkmilləşdirmə fəaliyyətini icra etmək
- Məlumat bazaları ilə əlaqədar insident və problemlərin həlli üzrə təkliflər vermək, onları tətbiq etmək
Texniki tələblər:
- Məlumat Bazalarının idarə olunması sahəsi üzrə minimum 1 il iş təcrübəsi
- Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı)
- Kompüter bilikləri: MSSQL, PostgreSQL, MySQL məlumat bazaları üzrə biliklər
- Məlumat bazalarında High Availability (HA), Disaster Recovery (DR) üzrə biliklər
- Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Məlumat bazası inzibatçısı ” yazılmalıdır. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | İT |