12 C
Baku
Monday, November 25, 2024

Məlumat bazası üzrə administrator – Aztelekom

0
Məlumat bazası üzrə administrator – Aztelekom
01.11.2019

Aztelekom” MMC hazırda baş ofisə Məlumat bazası üzrə administrator vəzifəsinə işçi qəbulu elan edir.

Daha ətraflı məlumatı https://www.aztelekom.az/az/career saytından əldə edə bilərsiniz.

Departament: İnformasiya texnologiyaları;
Şöbə: Məlumat sistemlərinin idarə edilməsi;
Vəzifə: Məlumat bazası üzrə administrator.

Əsas vəzifə və öhdəlikləri:

• Email, rəsmi sənəd və ya telefon vasitəsilə daxil olan sorğuları cavablandırır;
• Verilənlər Bazaların qurulması, sazlanması, idarə edilməsi, təkmilləşdirilməsi, ehtiyat surətlərin yaradılması, mütəmadı ehtiyat surətlərin bərpası proseslərini həyata keçirdir;
• Yeni Verilənlər Bazasının qurulmasını və vaxtında istismara verilməsini həyata keçirir;
• İT Departamentinin Verilənlər Bazasına dair mövcud və gələcək layihələrin planlaşdırılmasında və icrasında iştirak edir;
• İT Departamentin yeni layihələrinin və həllərin labaratoriyalarda simulasiya edilib test edilməsi işlərinin təşkili və icra edilməsini təmin edir;
• Verilənlər Bazaların təhlükəsliyini təmin edilməsini təşkil edir;
• İT Departamentindəki məlumat bazalarında proqram yenilənməsi, miqrasiya kimi işlərin planlaşdırılması və icra edilməsində iştirak edir;
• İT Departamenti layihələrinin yüksək səviyyədə başa çatdıra bilmək üçün departamentin digər mütəxəsisləri ilə qarşılıqlı fəaliyyət göstərmək;
• Cəmiyyətin məlumat bazası üçün texniki dəstəyi həyata keçirir;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

• İnformasiya Texnologiyaları və ya oxşar sahə üzrə Ali Texniki Təhsil;
• Məlumat bazası sahasi üzrə azı 2 illik əmək stajı;
• Azərbaycan dilini mükəmməl bilməlidir (ingilis və rus dilləri arzu olunandır);
• Məlumat bazası üzrə sertifikatlara (OCA, MCSA SQL Server, MySQL Database Administrator) malik olmalı;
• MySQL, MSSQL, MongoDB və ya digər verilənlər bazasının konfiqurasiyası, idarəedilməsi və “storage engine” haqqında ümumi biliklərə malik olmalı;
• Məlumat Bazasının klasterizasiyası, replikasiyası, modelləşdirilməsi və dizaynı haqqında biliklərə malik olmalıdır;
• Data dictionary, SQL proqramlaşdırma, məlumat bazasının testləşdirilməsi üzrə iş təcrübəsi olmalı;
• Məlumat bazası ilə SQL və NoSQL sorğuların yazılması, analizi, baş verən problemlərin həlli üzrə iş təcrübəsi olmalıdır;
• Məlumat Bazalarının layihələndirilməsi və ehtiyatın təminatı: Backup və Recovery konseptləri;
• Məlumat bazasının ehtiyat nüsxəsinin çıxardılması, yoxlanılması üzrə iş bacarığı olmalıdır.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Məlumat bazası üzrə administrator) qeyd etməyinizi xahiş edirik:

E-ünvan: [email protected]

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaİT