“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.
Hal hazırda aktiv olan vakansiya: Məlumat mərkəzi şöbəsinin müdiri
Vəzifə öhdəlikləri:
• Şöbənin fəaliyyətinin və işinin təşkil edilməsi, şöbənin əməkdaşlarına rəhbərlik edilməsi;
• Şirkətin bölmələrinin sifarişlərinə müvafiq olaraq, xidmətlərlə bağlı görüləcək işlərin planlarının və qrafiklərinin hazırlanmasına rəhbərlik edilməsi;
• Şöbənin daxilində vəzifələrin düzgün bölüşdürülməsi hesabına işin effektiv idarə edilməsi;
• Şirkətin müvafiq struktur bölmələri ilə birlikdə yeni bank məhsullarının və xidmətlərinin yaradılması üzrə layihələrin hazırlanmasında və həyata keçirilməsində, layihə qruplarının formalaşdırılmasında aktiv iştirak edilməsi;
• Şöbə əməkdaşları tərəfindən göstərilən xidmətlərin göstərilməsinə və keyfiyyətinə nəzarət edilməsi;
• Şöbəyə yeni əməkdaşların seçilməsində iştirak edilməsi;
• Mütəxəssislərin peşəkar bilik və bacarıqlarını artırmaq məqsədi ilə onlara mütəmadi daxili təlimlər keçirilməsi;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
• Ali təhsil, idarəçilik sahəsində ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
• Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
• Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı;
• Qrafikə uyğun komandada, çox funksional rejimdə, zaman məhdudiyyətinə ciddi riayət edərək çalışa bilmə bacarığı;
• Ofis proqramları (Excel, Word) mükəmməl bilmə bacarığı;
Namizədlərdən CV-lərini “Məlumat mərkəzi şöbəsinin müdiri” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |