Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Məlumat mərkəzi üzrə təcrübəçi, kiçik mütəxəssis, mütəxəssis” vakansiyasını elan edirik. Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Call center_operator” qeyd etməklə öz CVlərinizi [email protected] ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılması;
- Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi;
- Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi;
- Daxil olan zəng zamanı satışın edilməsi və təyin olunmuş hədəflərə çatmaq;
- Aylıq hesabatların hazırlanması;
- Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır;
- Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili arzuolunandır;
- Word və Excel proqramlarından istifadə bacarığı;
- Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik;
- Komanda ilə işləmək bacarığı;
- Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı;
- İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |