9 C
Baku
Friday, November 15, 2024

Məlumatların İdarə edilməsi şöbəsinin böyük/aparıcı mütəxəssisi – Express Bank

0
Məlumatların İdarə edilməsi şöbəsinin böyük/aparıcı mütəxəssisi – Express Bank
Expressbank
Bakı
12.08.2021

İnformasiya Texnologiyaları departamenti, Məlumatların İdarə edilməsi şöbəsi, böyük/aparıcı mütəxəssis.

Vəzifə öhdəlikləri:

– İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;
– Hesabat məlumatlarının reallığının yoxlanılması;
– Mövcud sorğular üçün optimallaşdırma çalışmasının (performance tuning) edilməsi;
– Texniki spesifikasiyaların hazırlanması;
– Davamlı olaraq problem həlləri təklif edilməsi.
– Bankda tətbiq olunan proqram vasitələrinin dəstəklənməsinin təmin edilməsi
– Məlumat bazalarının proqramlaşdırılması (Pl/SQl)
– Mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları, hesabatları və s. (packages, procedures, pipeline functions, indexes, materialized views, bulk collection) təhlil edilməsi və dəyişdirilməsi

Vəzifəyə tələblər:

Təhsil: Ali təhsil

Bilik və bacarıq:

– SQL üzrə yaxşı səviyyədə biliklər (indexes,materialized views,partitions, analytic functions və s.)
– PL/SQL üzrə yaxşı səviyyədə biliklər (packages, procedures, pipeline functions,composite data types)
– Performansın tənzimlənməsi və sorğu optimallaşdırılması təcrübəsi
– Debugging etmə bacarıqları
– JSON obyek tipi ilə işləmək bacarığı
– JSP & Servlet üzrə biliklər
– Alqoritmlər üzrə biliklər
– Oracle Database üzrə biliklər
– Linux üzrə biliklər

Təcrübə: İT, DWH-in idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi

Əlavə tələblər:

– Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması
– Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsinin olması
– OOP prinsiplərini bilmək

Müraciət etmək istəyən namizədlər öz CV-ni müvafiq başlıq ilə [email protected] mail ünvanına göndərə bilər.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi