Rabitabank ASC Mikro və Riteyl Departamentinin Mərkəzi Təhlil Şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis vakansiyaları üzrə işə qəbul elan edilir.
Vəzifə öhdəlikləri:
• Müştəri Xidməti Strukturları tərəfindən şöbəyə daxil olmuş istehlak kredit sifarişlərinin minimum sənədlər paketinə uyğunluğunu yoxlanılması;
• Müştəri Xidməti Strukturlarından gələn kredit müraciətlərinin təhlili və qərar verilməsində iştirak;
• Kreditin məbləğini, valyutasını, müddətini və faiz dərəcələrini yoxlanılması;
• Kredit sifarişi haqqında sorğunun nəticələrini yoxlanılması (AKB girova düşmüş girovun kredit sifarişində qeyd olunan girovla üzləşdirilməsi, gecikdirilmiş kredit borclarının dəqiqləşdirilməsi);
• Təminatın adekvatlığının, realizasiyasının və həssaslığının yoxlanılması;
• Struktur və habelə birbaşa olaraq özünün qarşısında qoyulmuş digər hədəflərinin vaxtında və keyfiyyətlə icra edilməsi;
Vəzifəyə olan tələblər:
• Ali təhsil (iqtisadi təhsil arzu olunandır);
• Kredit sahəsindən ən azı 1-2 il iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl səviyədə, rus və ingilis dili arzu olunandır;
• MS Office proqramlarında, xüsusi ilə Excel-də sərbəst işləmə bacarığı;
• Riyazi biliklərə, analitik düşüncəyə malik olmaq;
• Yüksək kommunikasiya qurma bacarıqları;
• Detallara qədər dəqiqlik və diqqət;
• Təşəbbüskarlıq, məsuliyyət, etibarlılıq kimi xüsusiyyətlərə malik olmaq.
Göstərilən tələblərə cavab verən və vakansiya üzrə marağı olan namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində Mərkəzi təhlil şöbəsi/Mütəxəssis və ya Mərkəzi təhlil şöbəsi/Aparıcı mütəxəssis yazmağınız xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Risk menecer |