İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Məsləhətçi (Cyber Security Analyst istiqaməti üzrə)
Şöbə: İnformasiya sistemlərinin təhlükəsizliyi
Vəzifə öhdəlikləri:
• Server proqram təminatının dəstəklənməsində iştirak edilməsi, Agentliyin İT infrastrukturunda yaranan problemlərə dərhal reaksiya verməklə xidmət pozuntularını aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi
• Sistemlərdə təhlükələrin və boşluqların təhlil edilməsi, onların qarşısının alınması üçün tədbirlərin görülməsi;
• Daxili təhlükəsizlik testlərinin keçirilməsi, hesabatların hazırlanması;
• Kibertəhlükəsizlik pozuntularının təhlil edilməsi, onların həlli üçün tədbirlərin görülməsi,
• Şəbəkə təhlükəsizliyi, müdaxilənin aşkarlanması (İDS) və müdaxilənin qarşısının alınması (İPS) sistemlərinin tələblərinin müəyyən edilməsi;
• Şəbəkədə kiberhücumların, icazəsiz daxilolmaların, qanunsuz müdaxilələrin qarşısının alınması;
• Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
• Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Vəzifə üçün tələblər:
• Ali təhsil (texniki sahədə təhsil arzu olunandır);
• Şəbəkə avadanlıqlarının iş prinsipi üzrə biliklər;
• İT təhlükəsizlik üzrə 3 il iş təcrübəsi;
• Mail, Proxy, Backup, Firewall, antivirus xidmətlərinin quraşdırılması və sazlanması üzrə biliklər;
• Firewall and IDS/IPS, müdaxilə və zəiflik (penetration and vulnerability) testlərinin aparılması haqqında biliklər;
• DLP, anti-virus və anti-malware, Windows, UNIX and Linux sistemləri üzrə biliklər;
• Şəbəkə protokolları və paket analiz alətləri ilə bağlı biliklər;
• Müvafiq sahələr üzrə sertifikatlara malik olma arzuolunandır;
• Komandada işləmək bacarığının olması.
Maraqlanan namizədlər CV-lərini 14 may 2020-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqabətədavamlı əmək haqqı.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |