“Bank Respublika” ASC İnsan Resursları Departamentinə Maddi motivasiya sistemləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Mövcud təlimat və normativlər əsasında işçilərə bonus və mükafatların hesablanması;
- İşçilərə avans və əmək haqqının qalan hissəsinin ödənişi, o cümlədən əlavə, mükafat, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödənişlərin müvafiq elektron bank sistemində həyata keçirilməsi;
- Gündəlik qaydada məzuniyyət, son haqq-hesab, bonus, maddi yardım və digər ödənişlərin həyata keçirilməsi;
- İşçilərin işə bağlılığı, motivasiyası və həvəsləndirilməsi məqsədilə müxtəlif motivasiya sistemlərinin qurulmasında iştirak;
- Əmək hüquqları və əmək haqqı sahəsində müxtəlif sorğuların cavablandırılması;
- Əmək haqqı və fəaliyyəti ilə bağlı müxtəlif hesabatların hazırlanması;
- Departament direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnsan Resurslarının idarə olunması, Menecment, Riyazi və ya İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- MS Office proqramları üzrə biliklər;
- Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
- Yüksək riyazi biliklər və analitik təhliletmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- Komandada işləmək bacarığı;
- Operativlik, dəqiqlik və səliqəlilik;
- Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 oktyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Maddi motivasiya sistemləri üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |