28 C
Baku
Saturday, July 27, 2024

Maddi vəsaitlər üzrə mütəxəssis – Veysəloğlu Şirkətlər Qrupu

0
Maddi vəsaitlər üzrə mütəxəssis – Veysəloğlu Şirkətlər Qrupu
Bakı
04.06.2020

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020 -ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Maddi vəsaitlər üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il iş təcrübəsi
Təhsil: Ali (Mühasibatlıq, ümumi iqtisadiyyat üzrə nəzəri biliklərə malik olmalı)
Yaş həddi: 22 – 30 yaş

Vəzifə öhdəlikləri:

– Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod təyin etmək;
– Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək, vəsaitlər haqqında məlumatları sistemə daxil etmək;
– Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və növbədənkənar inventarizasiyasını aparmaq və vəsaitlərdən məsul şəxslərə akt şəklində təhvil vermək;
– Əsas vəsaitləri onların sistemdəki koduna uyğun olaraq barkodlamaq;
– Dəftərxana, promosyon, təsərrüfat, vitrin və əsas vəsait anbarında aylıq sayımlar həyata keçirmək, nəticələri barədə birbaşa rəhbərinə və mühasibatlıq şöbəsinə məlumat vermək;
– Əsas vəsaitlər üzrə yerdəyişmələrə nəzarət etmək, hər bir yerdəyişmə üzrə təhvil-təslim aktı tərtib etmək;
– İstifadəsiz vəsaitlər barədə aylıq olaraq aparıcı mütəxəssisə məlumat vermək;

Tələblər:

– Analitik düşünmə və problemləri həll etmə bacarığı;
– MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
– Logo Tiger və ya digər ERP proqram bilikləri;
– Hesabat və təqdimat bacarıqları;
– Tapşırıqların yerinə yetirilməsində operativ, məsuliyyətli olmalı;
– Komanda ruhuna malik, həvəsli və enerjili olmaq;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Maddi vəsaitlər üzrə mütəxəssis” yazaraq CV göndərməklə müraciət edilir.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər