Mal – material üzrə mühasib
Vəzifəyə olan tələblər:
• Ali iqtisadi təhsil;
• Kommersiya müəssisələrində (istehsalat sektoruna üstünlük verilir) ən az 1-3 il iş təcrübəsi;
• Mal material və anbar uçotu üzrə biliklər;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• MS Office proqramlarını və 1C proqramını mükəmməl bilməli;
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
• Kişi namizədlərə üstünlük verilir ;
Vəzifə öhdəlikləri:
– Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin edir, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlayır, uyğunsuzluq hallar aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin edir
– Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlayır və nəzarət edir
– Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edir
– Mal-materialların hərəkətinə dair məlumatlarını mühasibat proqramı (1c 8.3) bazasına əlavə edir
– İlkin sənədlərini qəbul edir və onlara nəzarət edir
– Qaimələri, aktları tərtib edir
– Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işlənməsini təmin edir
– Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparır, mal-materialların faktiki maya dəyərini hesablayır
– Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edir;
Vəzifəyə tələb olunan səriştələr:
1. Təşəbbüskarlıq göstərən
2. Dəyişikliklərə hazır olan
3. Dürüstlük
4. Nəticə yönümlülük
5. Məsuliyyət
6. Komandada işləmək
7. Stressə davamlılıq
Əmək şəraitinin şərtləri:
1. İş yeri Sumqayıt şəhərindədir
2. Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
3. İş vaxtı 1-5-ci günlər 09:00-18:00
4. Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir
5. Əmək haqqı 500-600 AZN (təcrübədən asılı olaraq)
Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq.
CV – lər 30 Aprel 2019-cu il tarixinədək qəbul olunur.
Xahiş edirik, mövzu hissəsində “Mal material üzrə mühasib” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) [email protected] e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |