12 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Maliyyə analitikası üzrə baş mütəxəssis – Landau School

0
Maliyyə analitikası üzrə baş mütəxəssis – Landau School
Bakı
08.10.2021

Maliyyə analitikası üzrə baş mütəxəssis

Vəzifə öhdəlikləri:

▪ Aylıq , rüblük, illik maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.
▪ Maliyyə hesabatlarında və biznes planlarında müxtəlif məlumatları nəzərdən keçirib təhlili və qiymətləndirmə üçün töhfələrin verilməsi.
▪ Xərclərdə israfçılığın qarşısını almaq məqsədi ilə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi.
▪ Cari gəlirlərin və xərclərin, əməliyyat planlarına uyğun büdcələrin, strateji planların, aylıq proqnozların hazırlanması və təhlili.
▪ Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirakı
▪ Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək.

Tələblər:

▪ Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi.
▪ ACCA F3 və F9 sertifikatı.
▪ Səlis Excel istifadəçisi.
▪ Minimum 3 il peşəkar təcrübə.
▪ Böyük 4-lük audit şirkətlərində təcrübə arzuolunandır.
▪ Maliyyə hesabatların təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları.
▪ Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq.
▪ Rus və ingilis dillərinin mükəmməl biliyi üstünlükdür.

İş şəraiti:

▪ İş saatları: 1-5 günlər saat 09:00-18:00
▪ Maaş: razılaşma əsasında

Maraqlı olanlar CV-ni “Maliyyə analitikası üzrə baş mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərə bilər

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasibatlıq və Maliyyə
X