31 C
Baku
Monday, July 15, 2024

Maliyyə analitiki – Azərkosmos

0
Maliyyə analitiki – Azərkosmos
Bakı
14.03.2023

Əsas funksiyalar:

  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun uçotunu aparılması və maliyyə hesabatlarının tərtib edilməsi;
  • İllik büdcənin tərtib edilməsi və icrasına nəzarət;
  • Layihələrin iqtisadi əsaslandırılmasının və onların icra vəziyyəti barədə hesabatların hazırlanması;
  • Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən müxtəlif hesabatların (pul vəsaitlərinin hərəkəti, mənfəət və zərər, balans hesabatı və digər), proqnozların, təqdimatların hazırlanması və analitik təhlillərin aparılması;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin kənar auditinin və digər yoxlamaların aparılmasında iştirak;
  • Departament daxili prosedurların və təlimatların, uçot siyasətinin hazırlanmasında iştirak;
  • Departamentin fəaliyyəti ilə bağlı departament rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadi)
  • Maliyyə sahəsi üzrə azı 2 il iş təcrübəsi

Bilik və bacarıqlar:

  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər
  • Mühasibat uçotunun hesablar planı ilə işləmə bacarığı (yüksək səviyyədə)
  • ACCA sertifikatları (minimum F7 – Financial Reporting) və ya ekvivalent sertifikatlarının olması
  • Riyazi hesablama aparma və analitik təhlil bacarıqları
  • Təşəbbüskarlıq bacarığı, yeniliyə açıqlıq
  • Çalışqanlıq, məsuliyyət, düzgünlük, dəqiqlik, çeviklik

Kompüter bilikləri:

  • MS Office proqramları (Excel – yüksək səviyyədə, formullar və funksiyalar ilə səlis işləmə bacarığı)
  • “1C 8.3 Mühasibatlıq” proqramında işləmə bacarığı (yaxşı səviyyədə)

Dil bilikləri:

  • Azərbaycan dili (sərbəst danışmaq və yazmaq səviyyəsində)
  • İngilis dili (upper-intermediate səviyyəsində)
  • Rus dili (arzu olunandır)

İş qrafiki:

  • İş qrafiki : Tam iş günü (həftə arası 5 gün)

Bu meyarlara uyğun namizədlər CV-lərini 29.03.2023-cü il tarixinədək “Maliyyə analitiki” başlığı ilə göndərə bilərlər. [email protected]