21 C
Baku
Monday, July 22, 2024

Maliyyə hesabatları üzrə baş mütəxəssis – PASHA Holding

0
Maliyyə hesabatları üzrə baş mütəxəssis – PASHA Holding
Bakı
15.03.2023

Vakansiyanın təsviri

  • Yarımillik və illik konsolidə olunmuş və fərdi maliyyə hesabatlarının, onlara dair qeydlərin vaxtında və düzgün hazırlanması;
  • Kənar auditorlar, Qrup Şirkətləri, onların maliyyə komandaları və digər üçüncü tərəflərlə davamlı və effektiv kommunikasıyanın təmin olunması;
  • Qrup Şirkətlərinin maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
  • Mövcud və yeni nəşr olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartlarının araşdırılması, təsirinin müəyyənləşdirilməsi və müvafiq təkliflərin irəli sürülməsi;
  • Davamlı olaraq hesabatlılıq dövrünün qısaldılması tədbirlətinin aparılması (məsələn, avtomatlaşdırma, hesabatlılıq paketləri və s.);
  • Qrup mühasibat uçotu siyasətinin davamlı baxılması, yenilənməsi, bütün Qrup Şirkətlərinə tətbiqi imkanlarının qiymətləndirilməsi;
  • Aylıq rəhbərlik hesabatların hazırlanması və təhlillərin aparılması, müxtəlif maliyyə təhlillərin aparılması;
  • Büdcə planlama prosesisinin təşkilində, formalaşmasında, icrasında və büdcə, planlama təhlillərində iştirak.

 

Xüsusi tələblər

  • Maliyyə/mühasibatlıq sahəsinə bakalavr dərəcəsi
  • Maliyyə hesabatı sahəsində 5 il peşəkar təcrübə;
  • Güclü analitik bacarıqları;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Azərbaycan, ingilis və rus dillərinin yüksək səviyyədə biliyi;
  • MS Office proqramlarının (o cümlədən MS Excel Macro) mükəmməl biliyi və digər proqramların (məs. SAP, Alteryx) biliyi üstünlükdür;
  • ACCA, CİMA, CPA, CFA və digər maliyyə yönümlü sertifikasiyaların olması üstünlükdür;
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə