18 C
Baku
Tuesday, May 28, 2024

Maliyyə Nəzarəti və Hesabatvermə Şöbə müdiri – Veysəloğlu Şirkətlər Qrupu

0
Maliyyə Nəzarəti və Hesabatvermə Şöbə müdiri – Veysəloğlu Şirkətlər Qrupu
Bakı
22.10.2020

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir..

Vəzifə: Maliyyə Nəzarəti və Hesabatvermə Şöbə müdiri

İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 5 il maliyyə sahəsində iş təcrübəsi (İstehsalat sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 25-40

İşin Təsviri: Şirкətin aylıq, rüblük və illik mənfəət və zərər, balans hesabatı, nəğd pul dövriyyəsi və s. mаliyyə hеsаbаtının hazırlanması və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnılıb аnаliz edilməsi.

Vəzifə öhdəlikləri:

– Müəssisənin mühasibat uçotunun həm də idarəetmə uçotu və İFRS standartlarına uyğunluğunun təmin edilməsinə dəstək və nəzarət olunması;
– Müəssisənin dövrü (günlük, aylıq,rüblük, illik) maliyyə hesabatlarının idarəetmə uçotuna uyğun hazırlanması;
– Maliyyə hesabatlarının maliyyə əmsalları və digər faktorlarla analiz olunaraq Maliyyə Departament müdirinə və müvafiq CEO-ya təqdimatı;
– Biznes fəaliyyətinə və seqmentlərə görə müxtəlif növ idarəetmə hesabatlarının hazırlanması , analitik və sintetik analizlərin aparılması, CEO və Maliyyə departament müdirinə təqdim olunması;
– Biznes fəaliyyətindəki istənilən növ strutur və ya fəaliyyət dəyişikliyinin proqnozunu hazırlayaraq, müqayisəli təqdimat;
– Maliyyə hesabatlarının dövrü statik və dəyişən büdcəsinin hazırlanması, plan-faktın aparılaraq analiz olunması;
– Dövriyyə kapitalının idarəolunmasına dəstək və nəzarət olunması;
– Daxili və Xarici Maliyyə qurumlarına müxtəlif növ hesabatların təqdim olunması;
– Maliyyə Nəzarəti və Hesabatvermə şöbəsinin əməkdaşlarının işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə nəzarət;
– Struktur bölmə rəhbərlərinin vəsaitlərinin büdcə çərçivəsində istifadə etməsinə nəzarət;

Tələblər:

– Komanda ilə işləmə və idarəetmə bacarığının olması;
– IFRS üzrə bilik və təcrübənin olması;
– Statistik və riyazi biliklər
– Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı;

– MS Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında biliklər;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– Servis xidməti
– Nahar ilə təmin edilmə

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Maliyyə Nəzarəti və Hesabatvermə Şöbə müdiri” yazmaqla CV göndərərək müraciət edilir.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər