Maliyyə şöbəsinin baş mütəxəssisi – Azerbaijan Energy Regulatory Agency

    Bakı
    Posted 6 months ago

    Enerji Məsələlərini Tənzimləmə Agentliyi – Maliyyə şöbəsi – baş mütəxəssis

    VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

    • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
    • Qəbul olunmuş pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin və əsas fondların hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə, materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin qaydasına, eləcə də müəssisə, idarə və təşkilatın bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilini həyata keçirmək;
    • Əmək haqqının hesablanmasını və ödənilməsini, aylıq maliyyələşmənin hazırlanmasını təmin etmək, əmək haqqı kartlarının sifarişini hazırlamaq və uçotunu aparmaq;
    • Xəzinə və bank hesabları üzrə əməliyyatların aparılması ilə bağlı müvafiq sənədlərin hazırlanması yerinə yetirmək, daxili və xarici ezamiyyələrin Nazirlər Kabinetinin normalarına və Agentliyin daxili qaydalarına uyğun hesablanmasını və təhtəlhesab şəxslərlə hesablaşmaları həyata keçirmək;
    • Müvafiq illər üzrə büdcənin hazırlanması, həmçinin icrasına nəzarət etmək;
    • Hesabat dövrünün sonuna yaxın malsatanlarla debitor və kreditor borclara dair üzləşmə aktlarını tərtib etmək;
    • Maliyyə şöbəsinin daxili proseduları ilə bağlı qaydaları hazırlamaq.

    TƏLƏBLƏR:

    • Ali təhsil (Maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və s. aidiyyəti ixtisasları üzrə);
    • Yaş həddi 27-45 aralığı;
    • İxtisası üzrə azı 4 il iş stajı;
    • Mühasibat uçotunun beynəlxalq standartları üzrə biliklərin olması
    • MS Office proqramlarını və 1C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilməli;
    • Rus və ya ingilis dilini səlis bilməsi arzuolunandır;
    • Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı.

    DİGƏR:

    • Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
    • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
    • İstirahət günləri: şənbə və bazar günləri;
    • Vakansiya üzrə müraciətin son müddəti: 12 fevral 2021-ci il
    • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

    Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Maliyyə – baş mütəxəssis) qeyd edin.

    Job Features

    Job CategoryDigər şirkətlər, Mühasibatlıq və Maliyyə

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.