Bakı
17.09.2024
Vakansiyanın təsviri
- İllik büdcə planının hazırlanmasının təşkili və idarə olunması proseslərinin həyata keçirilməsini təmin etmək;
- Əməliyyatların büdcə daxilində olub-olmamasını yoxlamaq, xərclərin plana uyğun bölüşdürülməsinə nəzarət etmək;
- Mаliyyə hеsаbаtının tərtib еdilməsi və mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
- Cari öhdəliklərini yerinə yetirmək məqsədilə pul vəsaitlərinin ehtiyatını təmin etmək, pul vəsaitlərin hərəkətini mütəmadi təhlil etmək və pul vəsaitlərinin sərfiyyatı ilə bağlı qısamüddətli proqnozlar vermək;
- Şirkətin fəаliyyət хərclərinin аnаlizi və хərclərin аzаldılmаsı yоllаrını аrаmаq və еffекtivliyinin yахşılаşdırılmаsı;
- Pul vəsaitlərinin hərəkəti, mənfəət və zərər, balans hesabatı və digər hesabatların hazırlanması;
- Müəssisənin maliyyə və iqtisadi vəziyyətini və fəaliyyətinin nəticələrini təhlil etmək, şirkətin likvidliyini təmin etmək;
- Maliyyə hesabatlarının düzgünlüyünü və orada olan məlumatların etibarlılığını təmin etmək;
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini həyata keçirmək;
- Marja və maya dəyərinin analitik təhlilinin həyata keçirilməsi;
- Büdcə xərclərinin səmərəliliyinin təhlilini aparılması və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi;
- Korporativ nömrə;
- Tibbi sığorta;
- 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 -18:00.
Xüsusi tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
- Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
- Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilmək;
- 1C mühasibat proqramında işləyə bilmək (8.3);
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Maliyyə, mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi və beynəlxalq standartları bilmək;
- Güclü ünsiyyət bacarıqları;
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə |