15 C
Baku
Sunday, November 2, 2025

Maliyyə Auditi üzrə Mütəxəssis – AzTelco Group LLC

0
Maliyyə Auditi üzrə Mütəxəssis – AzTelco Group LLC
Bakı
29.10.2025

Vakansiyanın təsviri

  • Maliyyə, əməliyyat və uyğunluq riskləri də daxil olmaqla, biznes fəaliyyətləri ilə bağlı potensial riskləri müəyyənləşdirmək və qiymətləndirmək;
  • Daxili nəzarət mexanizmlərinin dizaynını və effektivliyini qiymətləndirmək, müvafiq tövsiyələr vermək;
  • “Fraud” hallarının araşdırılması və müvafiq hesabatının hazırlanması;
  • Proseslərin qanunvericiliyə, daxili qaydalara və ən yaxşı təcrübələrə uyğunluğunu təhlil etmək və qiymətləndirmək;
  • Tapıntılar, əsas səbəblər və tətbiq edilə bilən tövsiyələr əsasında əhatəli audit hesabatları və audit rəyləri hazırlamaq;
  • Audit standartlarına uyğunluğun və iş keyfiyyətinin təmin olunması məqsədilə vəzifəsi daha aşağı olan komanda üzvləri tərəfindən görülən işləri nəzərdən keçirmək və təsdiq etmək;
  • Bizneslə bağlı trendləri, audit standartları və metodologiyası ilə bağlı yeniliklərdən daim xəbərdar olmaq;
  • Audit layihələri, tapıntıları və tövsiyələrinin ətraflı şəkildə sənədləşməsini təmin etmək;
  • Audit sənədlərinin gələcək istinad edilə bilməsi üçün düzgün şəkildə arxivləşdirilməsini təmin etmək;
  • Audit layihələri zamanı əldə olunmuş həssas məlumatların məxfiliyini qorumaq və bu sahədə yüksək etik davranış nümayiş etdirmək;
  • Etik kodeksin prinsiplərinə və təşkilatın daxili siyasətlərinə riayət etmək.

Xüsusi tələblər

  • Müvafiq sahədə ali təhsil;
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
  • Korporativ mühitdə iş təcrübəsi;
  • Azərbaycan, ingilis dillərini mükəmməl bilmək (rus dili biliyi üstünlükdür);
  • MS PowerPoint təqdimatlarını hazırlama bacarığı;
  • MS Word və Excel proqramlarını yaxşı dərəcədə bilmək;
  • Tapşırıqların idarə edilməsi və əməkdaşlıq üçün Microsoft Planner-də səriştəlilik.
Müraciət etmək üçün[email protected]