6 C
Baku
Friday, January 10, 2025

Maliyyə departamenti – Məsləhətçi / Aparıcı / Böyük məsləhətçi – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

0
Maliyyə departamenti – Məsləhətçi / Aparıcı / Böyük məsləhətçi – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Bakı
16.10.2024

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Maliyyə departamentinə məsləhətçi / aparıcı məsləhətçi / böyük məsləhətçi vəzifələri üzrə vakansiyalar elan edir.

İş yeri: 

Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi

Əməkhaqqı:

Rəqabətədavamlı əməkhaqqı

 Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali təhsil (maliyyə-mühasibatlıq və ya iqtisadi ixtisaslar üzrə)
  • Sahə üzrə 1-5 il iş təcrübəsi
  • MS Office və Power BI proqramlarında yaxşı işləmək bacarığı
  • ACCA FA, FR və PMS arzuolunandır
  • Dil bilikləri: İngilis və rus dili – yaxşı səviyyədə

 Bacarıqlara dair tələblər:

  • Komanda işi
  • Hesablama və riyazi bacarıqlar
  • Nəticəyönümlülük
  • Analitik düşüncə
  • Məsuliyyətlilik

 İşin təsviri

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarət edilməsi;
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılması;
  • Faktiki xərclərin büdcə ilə müqayisəsi, aradakı fərqlərin təhlili və araşdırılması;
  • Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlil edilməsi;
  • Daxili və xarici auditlə işin təşkil edilməsi;
  • İnzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi;
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsi;
  • Daxili hesabat sisteminin inkişafına töhfə verilməsi və prosesin davamlı olaraq təkmilləşdirilməsi;
  • Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi.

 Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

 Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV qeyd edilmiş e-mail ünvanına göndərilməlidir.
  • Mövzu sətrində “Maliyyə departamenti – məsləhətçi / aparıcı / böyük məsləhətçi” qeyd olunmalıdır
  • CV-lər 3 noyabr, 2024-cü il tarixinə qədər göndərilməlidir

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.