Bakı
18.02.2025
Vakansiyanın təsviri
- Aktivlərin və öhdəliklərin inventarizasiyanın aparılması və yararsız hala düşmüş, təmiri mümkün olmayan mallara komissiya ilə birlikdə baxış keçirilməsi, yararsız hala düşmüş maddi qiymətlilərin verilmiş rəylər əsasında qüsurlarının müvafiq aktlarla rəsmiləşdirilməsi;
- İnventarizasiya nəticəsində yararsız maddi qiymətlilərin struktur qurumlardan təhvil alınması və anbara toplanması, Nazirlər Kabinetinin 177 nömrəli 6 noyabr 2004 cü il tarixli qaydalarına əsasən müvafiq İcra hakimiyyəti orqanının nümayəndələrinin baxış keçirilməsinin təşkili;
- İnventarizasiya nəticəsində müəyyən edilmiş yararsız maddi qiymətlilər Nazirlər kabinetinin 177 nömrəli 6 noyabr 2004 cü il tarixli qaydalarına əsasən silinmiş vəsaitlərdən yararlı ehtiyyat hissələrinin müəyyən edilməsi və sənədləşdirilməsi, gələcək istifadə üçün yararlı olmayan hissələrin məhvinin təşkili və aktlaşdırılması;
- İllik satın alınacaq malların təqdimatlarının Mərkəzin struktur bölmələri və regional bölmələrindən müəyyən olunmuş vaxtlarda tələb etmək və alınacaq malların satınalınma üzrə qruplaşdırmasını təmin etmək;
- Daxil olan avadanlıq, dəftərxana, katric, təsərrüfat malları, tibbi ləvazimatların və digər malların müqavilə üzrə fiziki yoxlanıb təhvil alınması, qaimə üzrə uçotu və təqdimatlara uyğun olaraq paylanması işlərini icra etmək;
- Anbarlarda olan malların növlərinə görə çeşidlənməsi və anbar saxlanc qaydalarına uyğun olaraq səliqə ilə yığılmasına nəzarət edilməsi;
- Anbarda olan qiymətlilərin qalıq cədvəli ilə yoxlanılması, hesabatının hazırlanması;
- Anbarda olan mal-materialın təhlükəsizliyinin, anbardan buraxılan və anbara daxil olan mal-materialın mədaxil-məxaric sənədləri üzrə qeydiyyatının təmin edilməsi;
- Təqdimat əsasında qiymətlilərin anbardan istismara verilməsi və ya daxili yerdəyişməsi üçün tələbnamələrin hazırlanması;
- Struktur qurumlarında mütəmadi qiymətlilərin və mal-materialların sayımının aparılması, əskikgəlmə barədə aktın tərtib edilməsi;
- Görülən işlər barədə iş gününün əvvəlində və sonunda stok təftişinin edilməsi, məlumatların sektor müdirinə bildirilməsi;
- Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak edir və məxfilik rejiminə riayət edir;
- Fəaliyyət istiqamətləri üzrə Mərkəzin struktur və Regional bölmələrindən daxil olan müraciətlərin və sorğuların qanunvericiliyə uyğun olaraq cavablandırılmasını təmin edir;
- Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.).
Xüsusi tələblər
- Təhsilə dair tələblər: İqtisadiyyat və idarəetmə, texniki və texnoloji ixtisas qrupları üzrə ali təhsil
- İş stajına dair tələbi: tələb müəyyən edilmir
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (yüksək səviyyədə)
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – A2, Rus dili – A2
- Xüsusi tələblər: 1C mühasibatlıq proqramından istifadə bacarığı
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadr uçotunun şəxsi vərəqəsi”ni mövzu bölməsində “Maddi qiymətlilərin idarə olunması sektorunda məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 3 mart 2025-ci il tarixinədək göndərə bilərlər.
Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |