9 C
Baku
Sunday, December 1, 2024

Maliyyə Departamentinin direktor müavini – Optimal Electronics LLC

0
Maliyyə Departamentinin direktor müavini – Optimal Electronics LLC
28.02.2019

“Optimal Elektronika” MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

– Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
– Pozitivlik bizim ən böyük uğurumuzdur! 
– Kreativ ideyaları yaradırıq!
– İstedadlı gənclərə yol açırıq.

Vakansiya:  Maliyyə Departamentinin direktor müavini  

Tələblər:

• Maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil;
• Azərbaycan dilini səlis bilmək; rus, ingilis dillərini bilmək üstünlükdür.
• Maliyyə üzrə minimum  3 il iş təcrübəsi;
• Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, satınalmalar  üzrə biliklər;
• CIMA, CFA və ya ACCA sertifikatlarının olması üstünlükdür;
• Microsoft Office, xüsusilə Excel proqramını peşəkar səviyyədə bilmək; 1C proqramını bilmək üstünlükdür;
• Komandada işləmə qabiliyyəti;

Vəzifələr:

• Debetor  və kreditor borclarına nəzarət;
• Kredit portfelinin artım/azalma tempi, iqtisadi göstəricilər və gecikmə intervalları nəzarətinin aparılması;
• Maliyyə nəzarəti funksiyalarının təşkili və onlara nəzarət;
• Sifarişlərə nəzarət funksiyalarının aparılması və hesabatlılıq;
• Pul dövriyyəsinin və maliyyə mənbələrinə nəzarət və hesabatlılıq;
• MHBS-yə uyğun balans,  mənfəət-zərər, pul vəsitlərinin hərəkəti, kapital və digər maliyyə hesabatlarının təhlili;
• Maliyyə əmsallarının hesablanması;
• Büdcənin tərtibi və icranın periodik yoxlanılması;
• Xərclərin proqnozdan kənarlaşmamasının təmini və tədbirlər planının hazırlanması;
• Gəlir və xərclərin tanınmasının yoxlanması.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 5 iş günü, 2 gün istirahət

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Maliyyə Departamentinin direktor müavini” qeyd edərək öz CV-lərinizi [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.  
*Müraciətlər yalnız elektron formada qəbul edilir.
*İşədüzəltmə şirkətlərinin və namizədlərin nəzərinə: Optimal Elektronika şirkəti işə qəbul prosesində hər hansı bir işədüzəltmə şirkəti və ya digər tərəflərlə əməkdaşlıq etmir, seçim prosesi yalnız şirkətin İnsan Resursları Departamenti tərəfindən aparılır. 
Son tarix:  30.03.2019

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər