Vəzifə – Maliyyə Direktoru
İşəgötürən: Eko Aqro
Namizədə aid tələblər:
– 25-45 yaş arasında;
– Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
– Azərbaycan, Rus və İngilis dilləri üzrə mükəmməl biliklər;
– Minimum 3 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi;
– AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
– Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
– 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
– E-gov.az, E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
– Dövlət hesabatların tərtib olunması;
– Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
– Məsuliyyətli, dəqiq və peşəkar;
– Yüksək səviyyədə yazışma bacarığı;
– ACCA , CIMA CFA üzrə sertifikatlar üstünlük sayılacaq;
– Xasiyyətnamə tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
Maliyyə Hesabatları
– Gəlir və Xərclər hesabatının tərtibi;
– Dövriyyə Hesabatlarının tərtibi;
– Fəaliyyətin analitik və statistik hesabatları;
– Geri qaytarmalara nəzarət;
– Kassa mədaxilinə nəzarət;
– Aylıq maliyyə hesabatların hazırlanması;
– Gündəlik və aylıq hesabatlarının tərtib edilməsi;
Uçot
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Mühasibat uçotunun aparılması;
– Bölmələr üzrə material qalığı uçotu;
– Mal hərəkətinin uçotu və inventarizasiya;
– Xahiş edirəm gizli kodu “555” ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik 🙂
– Əsas vəsaitlərin alınması,uçotu, istismara verilməsi, balansdan silinməsi;
– Amortizasiya hesablanması;
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
Dövlət orqanları üzrə
– Vergilərin hesablanmsı;
– Sosial ayırmaların nəzarəti;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
Müəssisənin balansının tərtibi;
Əmək haqqı uçotu
– Əmək haqqlarının hesablanması;
– Mükafatlar və əlavə hesablamaların aparılması;
– Sosial vergilərin hesablanması;
Məzuniyyətlərin hesablanması;
Kassa və planlanma
– Mədaxil və məxaric orderlərin hesablanması;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərə nəzarət;
– Kassa hesabatları aparılması;
– Büdcənin tərtib olunması;
Bank
– Xarici və daxili köçürmələr və konvertasiya əməliyyatların aparılması;
– Əmək haqqı və vergi ödənişlərin hesablanması;
– Maliyyə vəsaitlərinə nəzarət;
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Sınaq müddəti- 1 ay;
5 günlük iş rejimi;
Əmək haqqı: 1500-2000 AZN.
Mail: [email protected]
CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, Mühasibatlıq və Maliyyə |