Bakı
     
27.06.2024
    İş barədə məlumat:
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət;
 - Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi;
 - İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əməkhaqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
 - İnzibati təsərrüfat və digər xərclərin, debitor borcların, çatışmazlıqların və digər hesabatların mühasibat uçotunda düzgün əks etdirilməsi;
 - DSMF, vergi, statistika hesabatlarının vaxtında tərtib və təqdim edilməsi;
 
Namizədə dair tələblər:
- Təhsili ali olmalı (Mühasibat uçotu və audit, İqtisadiyyat, Menecment və Maliyyə ixtisasları üzrə);
 - Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (3 il müvafiq sahədə rəhbər vəzifədə iş təcrübəsi);
 - Vergi Məcəlləsini və Vergi qanunvericiliyini yüksək səviyyədə bilməli;
 - Azərbaycan dilində sərbəst danışmalı
 - MC Office proqramlarında işləmə bacarığı (Excel proqramını yüksək səviyyədə bilməli);
 - ACCA, CFA sahəsində biliklərə malik namizədlərə üstünlük verilir;
 - Komanda ilə işləmə qabiliyyəti;
 - Analitik düşünmə, analiz etmə, operativlik;
 - Strateji yanaşma və rəhbərlik etmə qabiliyyəti.
 
Əlavə məlumatlar:
- İş qrafiki: 5 tam iş günü, şənbə, bazar istirahət günü
 - Əmək haqqı: razılıq ilə
 - Ünvan : Binəqədi şossesi 12
 
Göstərilən tələblərə uyğun namizədlərdən mövzu hissəsində “Maliyyə direktoru” qeyd edərək CV formasını mail adresimizə göndərməyiniz xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
| Kateqoriya | Mühasibatlıq və Maliyyə | 



