Bakı
15.03.2023
Vakansiyanın təsviri
- Yarımillik və illik konsolidə olunmuş və fərdi maliyyə hesabatlarının, onlara dair qeydlərin vaxtında və düzgün hazırlanması;
- Kənar auditorlar, Qrup Şirkətləri, onların maliyyə komandaları və digər üçüncü tərəflərlə davamlı və effektiv kommunikasıyanın təmin olunması;
- Qrup Şirkətlərinin maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;
- Mövcud və yeni nəşr olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartlarının araşdırılması, təsirinin müəyyənləşdirilməsi və müvafiq təkliflərin irəli sürülməsi;
- Davamlı olaraq hesabatlılıq dövrünün qısaldılması tədbirlətinin aparılması (məsələn, avtomatlaşdırma, hesabatlılıq paketləri və s.);
- Qrup mühasibat uçotu siyasətinin davamlı baxılması, yenilənməsi, bütün Qrup Şirkətlərinə tətbiqi imkanlarının qiymətləndirilməsi;
- Aylıq rəhbərlik hesabatların hazırlanması və təhlillərin aparılması, müxtəlif maliyyə təhlillərin aparılması;
- Büdcə planlama prosesisinin təşkilində, formalaşmasında, icrasında və büdcə, planlama təhlillərində iştirak.
Xüsusi tələblər
- Maliyyə/mühasibatlıq sahəsinə bakalavr dərəcəsi
- Maliyyə hesabatı sahəsində 5 il peşəkar təcrübə;
- Güclü analitik bacarıqları;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Azərbaycan, ingilis və rus dillərinin yüksək səviyyədə biliyi;
- MS Office proqramlarının (o cümlədən MS Excel Macro) mükəmməl biliyi və digər proqramların (məs. SAP, Alteryx) biliyi üstünlükdür;
- ACCA, CİMA, CPA, CFA və digər maliyyə yönümlü sertifikasiyaların olması üstünlükdür;
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə |