Maliyyə hesabatlılığı şöbəsinin rəhbəri
Öhdəliklər:
Aşağıdakıların təmin olunması üzrə maliyyə hesabatlılığı şöbəsinin işçi heyətinin gündəlik fəaliyyətini idarə etmək:
Məlumatların vaxtlı-vaxtında toplanması;
Ali rəhbərlik, xarici tərəfdaşlar, tənzimləyicilər və s. üçün aylıq hesabatların tərtib edilməsi;
Əlavə məlumatların / hesabatların təqdim olunması üçün digər departamentlərlə əməkdaşlıq;
Əllə icra olunan proseslərin sürətləndirilməsi və hesabat prosesinin avtomatlaşdırılma səviyyəsinin artırılması imkanlarının müəyyən edilməsi.
– Hesabat departamentinin fəaliyyətini tənzimləyən daxili prosedurlarını tətbiq etmək və mütəmadi qaydada yeniləmək;
– Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (BMHS) tələblərinə uyğun şəkildə mühasibat uçotu siyasəti ilə əlaqədar sənədləri tərtib və tətbiq etmək və qoruyub saxlamaq;
– Maliyyə hesabatları və mühasibat uçotu ilə əlaqədar kənar auditorlarla əlaqə saxlamaq, audit prosesini bankdaxili strategiyalarla və qərarlarla tənzimləmək; auditin nəticələri ilə əlaqədar illik maliyyə hesabatlarının hazırlanmasında fəal iştirak etmək;
– BMHS-na müvafiq surətdə hesabatların hazırlanması üzrə aralıq daxili prosesləri tənzimləmək və illik auditə hazırlığı düzgün təşkil etmək.
Tələblər:
Mühasibatlıq / maliyyə ixtisası üzrə magistr dərəcəsi
Mühasibatlıq / maliyyə hesabatları sahəsində ən azı 2 illik iş tərcübəsi. Auditor şirkətləri ilə əməkdaşlığın mövcudluğuna üstünlük verilir;
BMHS prinsiplərini, mühasibat uçotu və hesabatlılıq üzrə tənzimləyici tələbləri peşəkar səviyyədə bilmək və onları şərh etməyi, Bankın mütəmadi maliyyə hesabatlarına tətbiq etməyi bacarmaq;
Microsoft Excel və digər MS Office proqramları ilə peşəkar səviyyədə işləmək bacarığı;
İngilis dilini peşəkar səviyyədə bilmək;
Mükəmməl analitik bacarıq, təfsilatlara qarşı yüksək diqqətcillik;
Komandada işləmək, iş prosesində heyət üzvlərini təkmilləşdirməyə çalışmaq;
Mükəmməl ünsiyyət vərdişləri;
Nizam-intizam qaydalarına və vaxt çərçivəsinə riayət etmək bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə |