Maliyyə işləri üzrə kiçik mütəxəssis
Əsas tələblər:
– Minimum təhsil dərəcəsi: Bakalavriat
– Komputer bilikləri: MS Office – Əla;
– Dil bilikləri: Azərbaycan – Əla;
– Yaş həddi: 22 – 30;
– Minimum təcrübə: 2 il;
– Riyazi biliklər və analitik düşünmə bacarığı.
Fərdi keyfiyyət göstəriciləri:
– İşdə dəqiqlik və detallara diqqətlilik;
– Məsuliyyətlilik;
– Ünsiyyətlilik;
– Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
– İqtisadiyyat sahəsində ali təhsil;
– Rus və ya ingilis dili biliyi;
– Mikro ERP proqramında işləmək bacarığı
İş barədə:
– Qaytarma sənədlərinin yığılması və sistemə işlənməsi;
– Satış və kassa sənədlərinin yoxlanması və düzəlişlərin olunması;
– Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
İş vaxtının norması:
– 14:00-22:00 / 6 günlük iş həftəsi
Vəzifə üzrə əmək haqqı: 500 AZN
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Maliyyə işləri üzrə kiçik mütəxəssis” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Babək “Sirab” ASC haqqında:
“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Daha ətraflı..
https://www.sirab.az/haqqinda.aspx
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, Mühasibatlıq və Maliyyə |