1 C
Baku
Saturday, December 14, 2024

Maliyyə meneceri – Agro Dairy

0
Maliyyə meneceri – Agro Dairy
Bakı
24.09.2024

Vakansiyanın təsviri

  • Şöbənin struktur vahidlərinin iş fəaliyyətini tənzimləmək və onlara nəzarət etmək;
  • Maliyyə hesabat formalarının hazırlanmasını və mütəmadi təkmilləşdirilməsini rəhbərlik etmək;
  • Şirkətin büdcəyə nəzarət hesabatlarının hazırlanmasını və daim təkmilləşdirilməsini rəhbərlik etmək;
  • Büdcə proqnozlarının hazırlanmasını və qaydalara uyğun vaxtında təsdiq edilməsinə nəzarət etmək;
  • Şirkətin icmal balansı və balansdankənar hesabatlarının hazırlanmasını və təhlilini rəhbərlik etmək;
  • Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin etmək;
  • Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil etmək;
  • Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə məlumat verilməsini təmin etmək;
  • Həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və müəssisənin öhdəliklərinə nəzarəti təmin etmək;
  • Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirmək;
  • Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlamaq;
  • Maliyyə şöbəsinin fəaliyyətini tənzimləyən qayda və prosedurların hazırlanmasını təmin etmək;
  • Şirkətin idarəetmə orqanları tərəfindən Əmək qanunvericiliyinə uyğun ona həvalə edilən digər səlahiyyətləri həyata keçirmək.
  • Rəhbərlik tərəfindən daxil olan digər tapşırıları icra etmək.

Xüsusi tələblər

  • Ali təhsil, Maliyyə, İqtisadiyyat, Biznes İdarəetməsi üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür;
  • Müvafiq sahədə minimum 5 -7 il iş təcrübəsinə sahib olmaq;
  • Azərbaycan, İngilis və Rus dilində şifahi və yazılı ünsiyyət bacarıqları;
  • MS Excel, maliyyə proqramları və ERP sistemləri ilə işləmə bacarığı;
  • ACCA sertifikatına sahib olmaq;
  • Maliyyə hesabtaları üzrə biliklərə sahib olmaq;
  • Əla ünsiyyət, planlama və təşkilatçılıq bacarıqları;
  • Analitik Düşünmə və diqqətcillik, qiymətləndirmə bacarıqlarına sahib olmaq.

Mövzü hissəsində vəzifənin adını- “Maliyyə Meneceri/ Agro Dairy MMC” qeyd edərək müraciətlərinizi [email protected]  email ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə