12 C
Baku
Sunday, November 17, 2024

Maliyyə meneceri – Papa John’s

0
Maliyyə meneceri – Papa John’s
Bakı
01.06.2020

Papa John’s Azərbaycan, tanınmış Amerika brendi olan, “Ən yaxşı inqrediyentlərdən istifadə edərək “Ən yaxşı pizza” şüarı ilə addımlayan, pizza restoranlar şəbəkələri üçün Maliyyə meneceri vakansiyası elan edir:

Tələblər:

• 3 il maliyyə müdiri və ya meneceri vəzifələrində işləməklə 5 + illik peşəkar iş təcrübəsi
• Vergi qanunvericiliyini bilməli
• Azərbaycan, Rus dilində sərbəst danışıq mütləqdir. İngilis dili arzuolunandır.
• Mühasibat, Maliyyə, Riyaziyyat, Statistika və ya əlaqəli bir sahə üzrə bakalavr dərəcəsi
• Yüksək idarəcilik və təşkilatcılıq bacarıqları
• 1 C və Ofis proqramların bilik səviyyəsi

Öhdəliklər

• Maliyyə Hesabatları

– Gəlir və Xərclər hesabatının tərtibi
– Dövriyyə Hesabatlarının tərtibi
– Fəaliyyətin analitik və statistik hesabatları
– Ticarət hasilatına nəzarət
– Geri qaytarmalara nəzarət
– Kassa mədaxilinə nəzarət

• Uçot

– Kreditorlarla hesablaşma
– Bölmələr üzrə material qalığı uçotu
– Mal hərəkətinin uçotu və inventarizasiya
– Əsas vəsaitlərin uçotu
– Amartizasiya hesablanması

• Dövlət orqanları üzrə

– Vergilərin hesablanmsı
– Sosial ayırmaların nəzarəti
– Hesabatların tərtib və təqdim edilməsi
– Müəssənin balansının tərtibi

• Əmək haqqı uçotu

– Əmək haqqlarının hesablanmsı
– Mükafatlar və əlavə hesablamalar
– Sosial vergilərin hesablanması
– Məzuniyyətlərin hesablanması

• Kassa və planlanma

– Mədaxil və məxaric orderləri işləmək
– Kassa hesabatları
– Satışın planlanması və məhsulların kalkulyasıyası
– Büdcələrin tərtib olunması

• Bank

– Xarici və daxili köçürmələr və konvertasiya əməliyyatları
– Əmək haqqı və vergi ödənişlər
– Maliyyə vəsaitlərinə nəzarət.

İş Şərtləri

• Ə/H namizədin təcrübəsinə əsasən təyin ediləcəkdir.
• 5 günlük iş həftəsi (saat 10:00-19:00)
• Rabitə xərclərinin şirkət tərəfindən ödənilir.
• İş yeri şəhərin mərkəzində yerləşir
• İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Maliyyə Meneceri” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaMenecer