Bakı
22.10.2024
Vakansiyanın təsviri
- ƏL/TMM üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə gündəlik nəzarət etmək;
- Maliyyə Monitorinqi Xidməti ilə məlumat mübadiləsini gündəlik əsasla həyata keçirmək, monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamaq və vaxtında təqdim edilməsini təmin etmək;
- Müştərilərin və benefisiarların eyniləşdirilməsini və verifikasıyasını həyata keçirmək;
- Qanunvericiliklə nəzərdə tutulmuş hallarda Maliyyə Monitorinqi Xidmətinin həyata keçirilmiş əməliyyatlara dair məlumatların və sənədlərin təqdim olunması barədə sorğularını cavablandırmaq;
- Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq qayda və prosedurların hazırlanması və təlimlərin keçirilməsində iştirak etmək;
- Müştərilərin əməliyyatlarının monitorinqini həyata keçirmək, lazımi təqdirdə hesabat hazırlamaq və Maliyyə Monitorinqi Xidmətinə təqdim etmək;
- Monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarını təklif etmək;
- Xidməti məlumatların təhlükəsiz saxlanılmasını və yalnız qanunvericiliklə müəyyən edilmiş məqsədlər üçün istifadəsini təmin etmək;
- Cəmiyyətin məhsul və xidmətlərinin qanunvericiliyə uyğunluğunu təmin etmək;
- ƏL/TMM sahəsində siyasət və prosedurlar üçün məzmununu hazırlamaq / inkişaf etdirmək;
- Biznes və digər funksiyalardan daxil olmuş ƏL/TMM ilə əlaqəli sorğuları cavablandırmaq;
- Cəmiyyətin müştəri qəbulu və Öz Müştərini Tanı prosedurlarında iştirak etmək, qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirməsini həyata keçirmək;
- Cəmiyyətdə aşkarlanmış bütün şübhəli əməliyyatlara qarşı müvafiq tədbir görmək;
- Cəmiyyətin əməkdaşlarına ƏL/TMM sahəsində təlimlər keçmək və ƏL/TMM sahəsindən olan məsələlər ilə əlaqəli məsləhət vermək;
- Xarici maliyyə institutlarına aid öz-müştərini-tanı (KYC) formalarının doldurulmasnı təmin etmək.
- Qanun tələblərinə əsasən FATCA/CRS hesabatlığının təmin olunması və ötürülməsi;
- MMX və Dövlət Vergi Xidməti ilə işgüzar yazışmaların aparılması;
- Aidiyyəti şəxslərin siyahısının aparılması və daxili proqram təminatına daxil edilməsi;
Xüsusi tələblər
- Ali təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
- ƏL/TMM üzrə minimum 3 il iş təcrübəsi;
- Cəmiyyətin məhsul və xidmətlərinin bütün növlərini bilmək;
- İnvestisiya fəaliyyətinin əsaslarını bilmək;
- Biznes prosesləri bilmək;
- Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
- Korporativ davranış normalarını bilmək;
- Azərbaycan dili üzrə sərbəst bilik;
- İngilis və rus dillərindən ən azı biri üzrə yaxşı səviyyədə bilik;
Müraciət üçün (CV): https://unicapital.az/karyera/maliyy-monitorinqi-sobesinin-mudiri-2/
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |