5 C
Baku
Friday, January 17, 2025

Maliyyə Mütəxəssisi – Azertexnolayn

0
Maliyyə Mütəxəssisi –  Azertexnolayn
Bakı
15.01.2025

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Daxili və xarici audit proseslərinə dəstək.
  • Beynəlxalq Maliyyə Hesabat Standartlarına (IFRS) uyğun maliyyə hesabatlarının hazırlanması prosesinə dəstək.
  • Hesabların BMHS-ə uyğunluğunun yoxlanılması və maliyyə dəqiqliyinin təmin edilməsi.
  • IFRS-də baş verən dəyişikliklərdən xəbərdar olmaq və onların şirkətə təsirini qiymətləndirmək.
  • Maliyyə məlumatlarının təhlili və qərarvermə proseslərində dəstək üçün təkliflər təqdim edilməsi.

Seçim meyarları:

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il.
  • Təhsili/ixtisası: Ali iqtisadi təhsil .
  • Bacarıqlar: MS office (excell yüksək səviyyədə).
  • Dil bilikləri: İngilis dili.
  • Üstünlüklər:  IFRS və maliyyə hesabatları haqqında mütəxəssis səviyyəsində biliklər, ACCA və ya bənzər beynəlxalq mühasibatlıq sertifikatlarına sahib olan namizədlər üstünlük təşkil edir.
  • Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

İş şərtləri:

  • İş rejimi:  5 gün 09:00 – 18:00
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
  • Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini “Maliyyə mütəxəssisi” başlığı altında elektron poçt ünvanına göndərmələri xahiş olunur. [email protected]