4 C
Baku
Sunday, January 18, 2026

Maliyyə mütəxəssisi – Quba Palace Hotel

0
Maliyyə mütəxəssisi – Quba Palace Hotel
Quba
14.01.2026

Vəzifə öhdəlikləri:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • Vergi,Sosial Fond,statistika hesabatlarını müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin etmək;
  • Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının,Anbar qalıqlarının hərəkətinə ciddi nəzarət etmək
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək.
  • Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
  • Hesabatların düzgün şəkildə verilməsi
  • Namizədlərin Otel,restoran sahəsindən anlayışı olması üstünlükdür

Namizədə aid tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə 1 il və üzəri iş təcrübəsi;
  • Office proqramlarında  işləmə bacarığı;
  • Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
  • Fidelio və Netsis proqramlarında işləmə bacarığı

İş şəraiti:

  • Nəqliyyat və yataqxana ilə təmin olunma;
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
  • Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə