12 C
Baku
Wednesday, December 11, 2024

Maliyyə Mütəxəssisi – Umico (Competo MMC)

0
Maliyyə Mütəxəssisi – Umico (Competo MMC)
Bakı
13.02.2024

Vəzifə öhdəlikləri:

  • Bazarda ödənişlərin vaxtında və düzgün aparılmasının gündəlik yoxlanılması;
  • Nağd və nağdsız əməliyyatlara nəzarət və tutuşdurulması;
  • Problemli əməliyyatların və əlaqəli risklərin müəyyən edilməsi və məlumatlandırılması;
  • Şirkətdə əməliyyat maliyyə nəzarətinin dəstəklənməsi;
  • Məlumatların təhlili və hesabatın hazırlanması;
  • Ayrı-ayrı biznes bölmələri (layihələri) üçün uçot modellərinin qurulmasında iştirak;
  • Ad-hoc situasiya üzrə maliyyə və idarəetmə hesabatlarının yaradılması;
  • Digər şöbələrdən olan əməkdaşlar üçün maliyyə məsələləri üzrə konsultasiya.

Namizədlər üçün tələblər:

  • Mühasibat və ya Maliyyə sahəsində ali təhsil;
  • Maliyyə sektorunda 1-3 il iş təcrübəsi;
  • Excel biliyi – qabaqcıl istifadəçi, Power Query və Power BI bilikləri üstünlük olacaq;
  • SQL biliyi üstünlük olacaq;
  • Rus və Azərbaycan dillərini bilmək;
  • 1C proqramında işləmək bacarığı üstünlükdür.

Şərtlər:

  • İş qrafiki – 5/2
  • Əmək haqqı 1200 – 1500 AZN, müsahibənin nəticələrinə əsasən təyin olunur
  • Siz DəyərliSən platformasına çıxış əldə edəcəksiniz! DəyərliSən, xüsusi olaraq PAŞA Qrupun əməkdaşları üçün nəzərdə tutulmuş və istifadəçilərə xüsusi üstünlüklər təqdim edən loyallıq proqramı məhsuludur. Istifadəçilər onlara verilən xüsusi kod vasitəsilə qeydiyyatdan keçə və xüsusi imtiyazlardan istifadə edə bilərlər.

Namizədlərdən CV-lərini “Maliyyə mütəxəssisi” başlığı ilə elektron ünvanına göndərmələri xahiş olunur.

Əgər sizdə şirkətimizin bu vacibliyini inkişaf etdirməkdə marağı varsa, bizimlə əlaqə saxlayın. Sizi bizim komandamızın bir parçası olmaq üçün gözləyirik !

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə