12 C
Baku
Thursday, November 14, 2024

Maliyyə risklərinin idarə edilməsi şöbəsi \ Analitik – Azərbaycan Mərkəzi Bankı

0
Maliyyə risklərinin idarə edilməsi şöbəsi \ Analitik – Azərbaycan Mərkəzi Bankı
Bakı
27.01.2023

Vakansiyanın təsviri

  • Portfel idarəetmə sistemini dəstəkləyir:
  • Ehtiyatların investisiyası şöbəsi tərəfindən yerinə yetirilən əqdlərin Portfel idarəetmə sistemində əks etdirilməsini təmin edir;
  • Portfel idarəetmə sistemində yeni növ alət şablonlarının yaradılmasında iştirak edir;
  • Portfel idarəetmə sisteminin biznes konfiqurasiyasını həyata keçirir;
  • Portfel idarəetmə sisteminin yenilənməsi/dəyişdirilməsi layihələrində aparıcı funksiyaları icra edir;
  • Portfel idarəetmə sistemi sahəsində daxili və xarici tərəfdaşlar ilə əlaqələndirici rolunu icra edir.
  • Valyuta ehtiyatlarının həcmi və strukturunun dəyişməsinə dair hesabatlar hazırlayır:
  • Valyuta ehtiyatlarının idarə edilməsi üzrə məlumatlar bazası yaradır və onu gündəlik əsasda yeniləyir və hesabatların avtomatlaşdırılmış şəkildə hazırlanmasını təmin edir;
  • Portfel idarəetmə sistemində müvafiq hesabatlar yaradır və istifadəçilərə yönləndirir;
  • Baş mühasibatlıq sisteminin verilənlər bazasından istifadə etməklə Mərkəzi Bankın valyuta ehtiyatlarının dəyişməsi haqqında gündəlik hesabatlar hazırlayır;
  • Sistemlərarası məlumatların tutuşdurulmasını və fərqlərin aradan qaldırılmasını (və ya səbəblərinin öyrənilməsini) təmin edir;
  • İnvestisiya portfelinin gəlirlilik və risk göstəricilərinə dair hesabat hazırlayır:
  • Daxili idarəetmədəki investisiya portfelinin eks-post gəlirlilik/risk göstəricilərini hesablayır və müvafiq hesabatı istənilən tarixə və ya aylıq əsasda təqdim edir;
  • Daxili idarəetmədəki investisiya portfelinin eks-post gəlirlilik/risk göstəricilərinin hesablanması ilə bağlı metodoloji qaydaları hazırlayır
  • Daxili idarəetmədəki investisiya portfelinin eks-post gəlirlilik/risk göstəricilərini ön ofisə kommunikasiya edir, müzakirələr aparır və taktiki addımların seçilməsinə dəstək verir.
  • Maliyyə bazarlarına dair məlumatlar hazırlayır, iqtisadi/bazar göstəricilərini təhlil edir və yaranmış risklər/imkanları kommunikasiya edir;
  • MS Excel, Portfel idarəetmə sistemi və Blumberq mühitlərində hesabatların avtomatlaşdırılmasında iştirak edir;

Xüsusi tələblər

  • Maliyyə, iqtisadiyyat və riyaziyyat Bakalavr
  • Maliyyə risklərinin idarə olunması 1 il iş təcrübəsi
  • İngilis dili Yaxşı səviyyədə
  • Analitik təhlil və hesabat tərtib etmə
  • Komandada işləmə
  • Operativlik
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma bacarığı
  • FRM və CFA sertifikasiyaları üzrə nailiyyətləri olanlara üstünlük verilir;
Müraciət üçün (CV)https://www.cbar.az/hr/f?p=100:106

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi