12 C
Baku
Sunday, November 17, 2024

Maliyyə şöbəsinin Baş mühasibi – AIR Group

0
Maliyyə şöbəsinin Baş mühasibi – AIR Group
Bakı
26.11.2020

Maliyyə şöbəsinin Baş mühasibi

Vəzifəyə aid qoyulan tələblər

• Təhsil: (iqtisadi, maliyyə, mühasibatlıq və oxşar fakultə)
• Təcrübə: minimum 5 il;
• Yaş: 30-45
• Dil bilikləri: Azərbaycan, Rus (əla səviyyədə) mütləqdir və İngilis dili (İşgüzar yazışma təcrübəsi)
• Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C

İş barədə məlumat:

– Maliyyə şöbəsinin (baş mühasib,mühasib, xəzinədarlar və s.) məqsədlərinin planlaşdırmasının təşkili, nəzarəti və mühasibat, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi;
– Müəssisənin maliyyə strateji planının həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi;
– Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi;
– Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi;
– Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi;
– Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələndirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsi;
– Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi;
– Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlanması; (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)
– Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil edilməsi;
– Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi;
– Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması;
– Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasının həyata keçirilməsi; – Cəmiyyət adından ödəmə aparılarkən köçürmə ərizələrini, ödəmə sifarişlərini və digər sənədləri düzgün hazırlanması; – Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməli; – Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunması;
– Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması;
– Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi; – Aylıq əmək haqqı hesablamalarının həyata keçirilməsi;
– Tədarükçülərin və podratçıların hesablarının ödənilməsininin təmin edilməsi;
– Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi;
– Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılmasına rəhbərlik və nəzarət;
– Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi; – 1.C proqraminda avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi prosesinə rəhbərlik edilməsi;

Vəzifəyə tələblər:

– Maliyyə nəzarətin prinsiplərini bilməli;
– Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli;
– Vergi qoymanın prinsip və metodlarını,vergi və rüsumların ödəmə üsullarını bilməli;
– Mühasibat uçotunun milli və beynəlxalq standarları üzrə biliklərin olması;
– Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi üzrə biliklərin olması;
– Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyətinin olması;
– ƏSAS TƏLƏB: 1.C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilməli,bütün əməliyyatlarının 1C üzərindən aparılması üzrə təcrübəsinin olması;

Şəxsi keyfiyyətlər:

– Ünsiyyət qurma bacarığı olmalı; – Məsuliyyətli və təşəbbüskar olmalı;
– Diqqətli və punktual olmalı; – Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, – Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
– Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
– MS Office proqramlarını mükəmməl bilməli;

Əlavə məlumatlar:

• Əmək haqqı – 1700 AZN + BONUS (sistem qurulduqdan sonra)
• İş qrafiki: 5 gün, 09:00 – 18:00.

Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində “Maliyyə şöbəsinin Baş mühasibi” yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaMühasib