19 C
Baku
Friday, October 10, 2025

Maliyyə şöbəsinin müdiri (Kəlbəcər) – TƏBİB

0
Maliyyə şöbəsinin müdiri (Kəlbəcər) – TƏBİB
29.09.2025

Vakansiyanın təsviri

  • Maliyyə və əmək ehtiyatlarından qənaətlə istifadə edilməsinə nəzarət;
  • Müəssisənin maliyyə fəaliyyətinin təşkil edilməsi;
  • Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət;
  • Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi;
  • Pul vəsaitlərinin vaxtlı-vaxtında daxil olmasına nəzarət edilməsi, kreditorların vaxtında ödənilməsini təmin edilməsi, kreditlərin cəlb edilməsi və vaxtında ödənilməsinin təmin olunmasına nəzarət;
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarətin edilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarətin edilməsi;
  • Tibb müəssisəsinin illik maliyyə hesabatlarının tərtibi edilməsinə nəzarət;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsinin təşkili;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
  • Tibb müəssisəsinin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin edilməsi;
  • Tabeçiliyində olan işçilərin maliyyə şöbəsinin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrinin təmin edilməsi;
  • Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət.

Xüsusi tələblər

  • Ali təhsil (maliyyə və iqtisadiyyat)
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
  • Dil bilikləri: İngilis dili (arzuolunan)
  • Sertifikat: PMS (Peşəkar Mühasib Sertifikatı) – zəruri
  • Komandada işləmə;
  • Məsuliyyətlilik
  • Nəticəyönümlülük;
  • İntizamlılıq
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə