10 C
Baku
Thursday, December 12, 2024

Maliyyə Şöbəsinin Müdiri – PMD Projects LLC

0
Maliyyə Şöbəsinin Müdiri – PMD Projects LLC
Bakı
16.01.2023

Vəzifə öhdəlikləri:

  • Maliyyə, büdcə və mühasibatlıq nəzarətinin tərkibi olaraq hədəflərin, mühasibatlıq prinsiplərinin və prosedurlarının hazırlanması və tətbiqi;
  • Müxtəlif maliyyə hesabatlarının yoxlanılması və hazırlanmasında iştirak etmək;
  • Mühasibatlıq heyətinə nəzarət və onlar qarşısında tapşırıqların qoyulması;
  • Xərclərin təhlili, layihə üzrə xərclərin bölüşdürülməsi hesabatının yoxlanılması və tərtibatında yaxından iştirak etmək;
  • Mühasibatlıq və inzibati nəzarət mexanizmlərinin yoxlanılması çərçivəsində daxili və kənar audit yoxlamalarının aparılmasında köməklik göstərmək;
  • Sistem üzərində nəzarət mexanizmlərinin qurulmasında iştirak və mövcud sistemin təkmilləşdirilməsi məqsədi ilə prosedurların mütəmadi yenilənməsi;
  • Yeni mühasibatlıq, vaxt sərfiyyatı, mal material, əsas vəsait və digər nəzarət mexanizmlərinin hazırlanması və tətbiqi;
  • Rəhbərliyə maliyyə hesabatlarının təqdimatı və yaranmış sualların cavablandırılması;
  • Şöbə daxilində işin düzgün təşkilini, şöbə əməkdaşları arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini istiqamətləndirmək və şöbəyə ümumi rəhbərliyi həyata keçirmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.

Tələblər:

  • Ali təhsil: Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil; Magistratura dərəcəsi arzu olunandır.
  • İş təcrübəsi: Müvafiq sahə üzrə azı 8 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – səlis
  • Kompüter bacarıqları: MS Ofis proqramları, 1C 8.3. mühasibatlıq sistemində işləmə bacarığı;
  • Peşəkar ünsiyyət və yüksək idarəetmə bacarığı;
  • Analitik düşüncə və problemin həlli istiqamətində təşəbbüs irəli sürmək bacarığı.

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə göndərmələri xahiş olunur. [email protected]

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.