Saaatlı
02.04.2025
Vakansiyanın təsviri
- Maliyyə və əmək ehtiyatlarından qənaətlə istifadə edilməsinə nəzarət;
- Müəssisənin maliyyə fəaliyyətinin təşkilində iştirak;
- Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət;
- Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi;
- Pul vəsaitlərinin vaxtlı-vaxtında daxil olmasına nəzarət edilməsi, kreditorların vaxtında ödənilməsini təmin edilməsi, kreditlərin cəlb edilməsi və vaxtında ödənilməsinin təmin olunmasına nəzarət;
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarətin edilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarətin edilməsi;
- Tibb müəssisəsinin illik maliyyə hesabatlarının tərtibi edilməsinə nəzarət;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsinin təşkili;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
- Tibb müəssisəsinin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin edilməsi;
- Tabeçiliyində olan işçilərin maliyyə şöbəsinin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrinin təmin edilməsi;
- Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət.
- Mövcud iş yeri: Saatlı RMX
- Əməkhaqqı: Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Xüsusi tələblər
- Ali təhsil (maliyyə və iqtisadiyyat)
- Sahə üzrə minimum 5 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
- Dil bilikləri: İngilis və rus dili (arzuolunan)
- Sertifikat: PMS (Peşəkar Mühasib Sertifikatı) – zəruri
- Komandada işləmə
- Məsuliyyətlilik
- Nəticəyönümlülük
- İntizamlılıq.
Müraciət qaydası:
- CV [email protected] ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Saatlı RMX–Maliyyə şöbəsinin müdiri” qeyd olunmalıdır;
- CV-lər 06 aprel 2025-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə |