21 C
Baku
Saturday, November 2, 2024

Maliyyə və mühasibatlıq departamentinin müdiri – Azərbaycan Universiteti

0
Maliyyə və mühasibatlıq departamentinin müdiri – Azərbaycan Universiteti
Bakı
01.02.2024

Struktur bölməsi: Maliyyə və mühasibatlıq departamenti
Bilavasitə tabe olduğu şəxs: Rektor

Əmək funksiyası:

  • Universitetin maliyyə fəaliyyətini  təşkil etmək;
  • Universitetin mühasibat uçotunu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun olaraq aparılmasını təşkil etmək;
  • Universitetin biznes planlarının, strategiyalarının işlənib hazırlanmasını, perspektiv və cari maliyyə planlarının və büdcələrinin tərtib edilməsini və icrasını təmin etmək;
  • Universitetin maliyyə və iqtisadi fəaliyyətinin təhlilini, maliyyə resurslarının effektiv idarəolunmasını həyata keçirmək, maliyyə risklərinin azaldılması və  mənfəətin artırılmasına dair müvafiq tədbirlər görmək;
  • Maliyyə intizamına riayət olunmasına nəzarət etmək, müqavilələr üzrə öhdəliklərin vaxtında və tam yerinə yetirilməsini, xərclərin təyinatı üzrə istifadəsini və gəlirlərin vaxtında uçotda əks olunmasını təmin etmək;
  • Universitet rəhbərliyinə, müvafiq dövlət orqanlarına, təşkilatlara (daxili və xarici istifadəçilərə) müvafiq qaydada lazımi operativ, müntəzəm və analitik maliyyə hesabatları (və qanunvericiliklə müəyyən olunmuş digər hesabatlar) və məlumatları təqdim etmək;
  • Universitetin iqtisadi və hüquqi cəhətdən əsaslandırılmış maya dəyəri üzrə hesabatının  hazırlanmasını təmin etmək, əmək haqqı, debitor – kreditor borclar və sair hesablaşmaların vaxtında həyata keçirilməsinə nəzarət etmək;
  • Hər ay bir dəfədən az olmayaraq rəsmiləşdirilmiş debitor borcları barədə məlumatı rektora (lazım olduğu təqdirdə aidiyyəti struktur bölmələrə) təqdim etmək;
  • Universitetdə idarəеtmə əməliyyatlarının icrasında iqtisadi subyеktin hər bir təsərrüfat оbyеkti üzrə miqdar göstəricilərinin və kеyfiyyət хaraktеristikasının uçоtda əks оlunmasını təmin etmək;
  • Alıcılarla, sifarişçilərlə (tələbələr və digər), dövlət qurumları və digər aidiyyətı orqanlarla səlahiyyətləri çərçivəsində qarşılıqlı əlaqələrin qurulmasını təmin etmək;
  • Universitetdə əmək haqqı ödənişlərinin, vergilərin və digər məcburi ödənişlərin hesablanmasını və vaxtında ödənilməsini təmin etmək, müvafiq kənarlaşmalar çıxdıqda onları araşdıraraq aradan qaldırılmasına nəzarət etmək;
  • Satınalmalar ilə bağlı sənədlərin hazırlanmasını, rektorun qərarlarının icra edilməsini, satınalmalar üçün imzalanmış müqavilələr əsasında ödənişlərin həyata keçirilməsini təmin etmək;
  • Universitetdə kənar və daxili auditor xidməti tərəfindən, vergi orqanları (sayyar vergi yoxlaması) və digər dövlət orqanları tərəfindən keçirilən audit zamanı lazımi məlumatlarla onları təmin etmək;
  • Universitetin maliyyə-təsərrüfat fəaliyyəti üzrə ilkin daxili sənədləşməsini və ümumilikdə mühasibat uçotunun mövcüd olan elektron proqram (1 C və sair) və digər lazım olan uçot registrləri üzrə həyata keçirmək, qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotu və hesabatı üzrə informasiya sisteminin formalaşdırılmasını təmin etmək;
  • Universitetin əmlakı, öhdəliklərinin hərəkəti ilə bağlı ilkin mühasibat sənədlərinin tərtib olunmasını təşkil etmək;
  • Universitetin əmlak və öhdəliklərinin inventarizasiyasını təşkil etmək, keçirilən inventarizasiyanın nəticələrini əks etdirən sənədlərin təhlil olunmasını, öhdəliklərin mövcudluğu, vəziyyəti və qiymətləndirilməsi ilə bağlı nəticələrin təsdiq olunmasını təmin etmək;
  • Universitet və tələbələr arasında bağlanmış müqavilələrin və onun əsasında illik (tədris ili üzrə) satış əməliyyatlarının (müxabirləşmələrin) müvafiq mühasibat proqramında əks etdirilməsinə nəzarət etmək;
  • Materialların, əsas vəsaitlərin, qeyri-maddi aktivlərin mövcüd qanunvericiliyə uyğun olaraq uçotda əks etdirilməsini təmin etmək;
  • Əsas vəsaitlər üzrə hər ayın sonunda amortizasiyanın hesablanmasına nəzarət etmək, aidiyyəti olan məsul şəxslərin iştirakı ilə satılan, ləğv olunan, silinən və ya yerdəyişməsi olan əsas vəsaitlərin sənədlərinin (təhvil-təslim aktı, qaimə-faktura, yerdəyişmə, silinmə aktı və sair) hazırlanmasını təşkil etmək və təsdiq üçün rektora təqdim etmək;
  • Hesabat ayı bitdikdən sonra maddi-məsul şəxslərdən əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, materialların (azqiymətli və tezköhnələn əşyaların, yanacaq və sair) hərəkəti (mədaxili, satışı, silinməsi, yerdəyişməsi və sair) barədə hesabatları tələb etmək və onlar əsasında müvafiq mühasibat proqramında  müxabirləşmələrin işlənməsini və  yoxlanmasını təmin etmək;
  • Hər hesabat ayının sonunda gəlirlərin və xərclərin tərkibini nəzərdən keçirmək və mühasibat uçotunda lazım olan düzəlişlər və dəqiqləşmələr aparmaq;
  • Rektorun göstərişinə əsasən tələbələrin xaric edilməsi, tələbələrə güzəşt edilməsi və digər hallarda gəlirlərin hesablanmasında müvafiq düzəlişləri (mühasibat arayışı) uçotda əks olunmasını təmin etmək;
  • Mühasibat sənədlərinin qorunmasını və müəyyən olunmuş qaydada arxivə verilməsini təmin etmək;
  • Maliyyə məsələləri üzrə öz səlahiyyəti çərçivəsində universiteti dövlət qurumları və digər  təşkilatlarda  təmsil etmək;
  • İllik iş planına uyğun olaraq görülmüş işlər haqqında aylıq hesabatı hər növbəti ayın 15-dək rektorluğa təqdim etmək;

Bilməlidir:

  • Azərbaycan Respublikasının təhsil qanunvericiliyini, Mühasibat uçotu haqqında qanunvericiliyi, Vergi qanunvericiliyini, Əmək qanunvericiliyini;
  • Maliyyə hesabatlarının formasını və aparılma qaydalarını, mühasibatlıqda tətbiq olunan elektron proqramları;

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum): Magistr
  • İxtisası: Mühasibat uçotu və audit
  • İş təcrübəsi (minimum): Maliyyə-təsərrüfat sahəsində 5 (beş) ildən az olmayaraq əmək stajı
  • Dil bilikləri: Azərbaycan; rus və  ingilis dili (arzuolunandır)
  • Sertifikatlar: İngilis dili səviyyəsini müəyyən edən beynəlxalq keyfiyyət sertifikatı (arzuolunandır)
  • Kompüter bilikləri: MS ofis proqramları

[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə