Vakansiyanın təsviri
- Tələbələr üçün maliyyə yardımı (təhsil haqqı güzəştləri, təqaüdlər və digər maliyyə dəstəyi) proqramlarını yaratmaq və tətbiqi mexanizmlərini hazırlamaq;
- Tələbələrin maliyyə yardımı ilə bağlı ehtiyaclarını müəyyən etmək və onlara məsləhətlər vermək;
- Maliyyə yardımı üzrə tələb olunan sənədləri toplamaq və təhlil etmək;
- Tələbələri maliyyə yardımı imkanları barədə məlumatlandırmaq və müvafiq maarifləndirmə işlərini həyata keçirmək;
- Maliyyə yardımı üçün müraciətləri qəbul etmək, dəyərləndirmək və tələbələrin uyğunluğunu müəyyənləşdirmək;
- Müvafiq hesabatlar hazırlamaq və aidiyyatı üzrə təqdim etmək.
Xüsusi tələblər
- Maliyyə, mühasibat, iqtisadiyyat və ya idarəetmə sahəsi üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 2 il təcrübə;
- Yüksək kommunikasiya bacarıqları;
- Güclü müşahidə və analitik təhlil bacarıqları;
- İT və xarici dil bilikləri.
Tələb olunan sənədlər:
1. CV;
2. ali təhsili təsdiq edən sənəd(lər)in surəti;
3. müşayiətedici məktub (motivasiya – maksimum 500 söz).
Qeyd 1: universitetdə daimi əsaslarla çalışan əməkdaşlar işlədikləri müddətdə Xankəndi şəhərində mənzillə təmin olunacaqlar.
Qeyd 2: məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının “Maliyyə yardımı üzrə mütəxəssis” qeyd edilməsi vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 24 fevral 2025-ci il
Elektron poçt ünvanı: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə |