Bakı
26.04.2023
İş qrafiki : 09:00-18:00/ bazar ertəsi-şənbə
Namizədə olan tələblər:
- 3 il müvafiq (Avtomobil sahəsində iş təcrübəsinə malik olanlara üstünlük verilir) sahədə iş təcrübəsi ;
- Müvafiq sahə üzrə ali təhsil;
- Kompüter bilikləri (MS Office, Photoshop)
- İngilis dili (mütləqdir) ; Rus dili biliyi (arzuolunandır);
- Texniki cəhətdən avtomobildən anlayışın olması.
Vəzifə öhdəlikləri:
- Bütün marketinq, reklam və stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması
- Yeni və mövcud avtomobillər üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi
- Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması
- Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi
Üstünlüklər:
- Mütəmadi olaraq xarici ölkələrdə baş tutan seminarlarda, tədbirlərdə və təlimlərdə iştirak.
- Yüksək təcrübə qazanmaq imkanı
- Vəzifədə irəliləmə imkanları
Əmək haqqı: 800-1000 AZN
Tələblərə uyğun olmayan və “Subject” qismində “Marketing Manager” qeyd olunmayan CV-lərə baxılmayacaq. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Marketinq və PR |