Bakı
17.07.2023
Vakansiyanın təsviri
- Press relizlər yazmaq;
- KİV tərəfindən ünvanlanmış yazılı və şifahi müraciətləri cavablandırmaq;
- Bank adından təbrik, baş sağlığı, təkzib və sair məlumatlandırmaları hazırlamaq;
- Kütləvi İnformasiya vasitələrində daimi monitorinqləri həyata keçirmək;
- Bankın və məhsulların/xidmətlərin dijital marketinq fəaliyyətini aparmaq, məlumatların tam və dolğun olmasına nəzarət etmək;
- Bankın sosial şəbəkələri üzrə daxil olan müştəri müraciətlərini cavablandırmaq;
- Bank məhsullarının/xidmətlərinin tanıdılması və Bankın imicinin artırılması məqsədi ilə lazımi reklam və promosyon materiallarını müəyyənləşdirmək;
- Bankın məhsullarına dair tanıtımlar etmək, müştərilərə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
- Reklam və promosyon materialların təmin edilməsi üzrə reklam agentliklərinə brif göndərmək və təklif tələb etmək;
- Müştərilərə movcud və yeni məhsullar, eyni zamanda kampaniyalarla bağlı sms və e-mail göndərilməsi üçün müştəri seqmentini seçmək, məzmunu hazırlamaq;
- Müştərilərə movcud və yeni məhsullar, eyni zamanda kampaniyalarla bağlı sms və e-mail göndərmək;
- Bankın departament və filiallarına marketinq işinin təşkilində reklam, satış və PR dəstəyini təmin etmək;
- Ödəniş sistemləri, pul köçürmələri və s. tərəfdaşlar tərəfindən keçirilən kampaniyalara reklam və PR dəstəyini vermək;
- Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək;
- Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirirmək;
- Maliyyə sektoru üzrə aparılmış müvafiq bazar araşdırmalarını aparmaq, meyarların analizi və inkişaf üçün təqdim etmək;
- Yeni alternativ xidmət kanallarının yaradılması üzrə marketinq araşdırmalarını aparmaq, analiz və təqdim etmək;
- Rəqiblər və onların məhsulları/xidmətləri, habelə satış və tanıdılmasında istifadə olunan reklam və promosyon materialları barədə ətraflı məlumatın əldə etmək , analiz və təqdim etmək;
Xüsusi tələblər
- Ali təhsilli (marketinq və ya iqtisadi) olmalı;
- Marketinq və Bank işi üzrə 1-2 illik iş təcrübəsi olmalı;
- İngilis və Rus dilini yaxşı bilməli;
- Microsoft Office proqram bilikləriolmalı;
- Analitik düşünmə qabiliyyəti, iş planlama qabiliyyəti, işində dəqiqlik və məsuliyyətlilik,İnnovativ və konstruktiv təkliflər irəli sürmək bacarığı,problemləri həll edə bilmək vəstres altında işləmə bacarığı olmalı;
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Marketinq və PR |