“PAŞA Sığorta” ASC namizədləri Marketinq araşdırmaları və yeni məhsulların hazırlanması üzrə mütəxəssis (Marketing Research and New Product Development Specialist) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
– Yeni məhsulların yaradılması” proseduruna uyğun olaraq ideyaları lazımi mərhələlərdən keçirməklə məhsulları yaratmaq/ məhsullar üzrə layihələri idarə etmək;
– Məhsullar üzrə daxili bazada yerləşən verilənləri (data) intellektual təhlil etmək – mövcud məhsulların xarakteristikasını öyrənmək;
– Məhsullar üzrə xarici marketinq araşdırmasını aparmaq və ehtiyac olduğu zaman bazar araşdırması layihələrini təşkil/ icra etmək
– Şirkət daxili ideyaların cəmləşdiyi platformaya daxil olan təkliflərin ilkin analitikasını aparmaq, müvafiq əməkdaşlarla görüşlər təşkil etmək, ideyaları ətraflı müzakirə etmək
– Təklifləri, ideyaları, sorğuları reyestrə daxil etmək və mütəmadi olaraq statusları yeniləmək
– Təklifləri, ideyaları, sorğuları prioritetlər üzrə sıralamaq;
– Məhsullar üzrə qiymətin/ tarifin (sığorta haqqı), şərtlərin hazırlanmasında/ yenilənməsində və s. işlərdə aktuariat və anderraytinq istiqamətlərinə dəstək göstərmək;
– Məhsullar üzrə tələbləri müştəri ehtiyaclarına əsasən hazırlamaq/ uyğunlaşdırmaq;
– Məhsulların avtomatlaşması mərhələsində biznes analitiki ilə sıx işləmək, tələbləri düzgün kommunikasiya etmək;
– Sığorta məhsulları üzrə müvafiq əməkdaşlara təqdimatlar/ təlimlər keçirmək, müxtəlif kommunikasiya metodları ilə onları məlumatlandırmaq və uyğun olarsa əməkdaşların məhsullar üzrə biliklərini yoxlamaq;
– Məhsulların bazara təqdim edilməsində müvafiq istiqamətlərə (məs. marketinq kommunikasiyaları) dəstək olmaq;
– Yeni məhsullar üzrə mütəmadi olaraq monitorinq aparmaq, analitika etmək və hesabatlıq hazırlamaq.
– Məhsullara dair digər istiqamətlərin sorğularını cavablandırmaq, dəstək göstərmək;
– Sığorta məhsulları üzrə peşəkar və texniki biliklərin artırılması üçün müvafiq kvalifikasiyaları (Cert CII, Dip CII) əldə etmək, seminarlarda və təlimlərdə iştirak etmək;
– Birbaşa müdirin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış işləri icra etmək
Biliklər və Bacarıqlar
– Biznesin idarə edilməsi, Marketinq, Layihələrin idarə edilməsi və ya digər uyğun istiqamət üzrə bakalavr və ya magistr təhsili;
– Marketinq (əsasən məhsulların yaradılması və idarə edilməsi istiqaməti), layihələrin idarə edilməsi, biznesin inkişafı, və ya digər oxşar istiqamət üzrə minimum 2 il iş təcrübəsi.
– Dil bilikləri: Azərbaycan və İngilis dilini yüksək səviyyədə bilmək; Rus dilini orta səviyyədə bilmək;
– Kompüter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı.
– Güclü analitik və problemləri həll etmə bacarıqları;
– Güclü kommunikasıya və liderlik bacarıqları;
– Baş verən hadisələri, trendləri və müştəri ehtiyaclarını analiz etmə bacarığı.
Son müraciət tarixi: 30 yanvar 2021-ci il.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “(Marketing Research and New Product Development Specialist” “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |