“PAŞA Sığorta” ASC namizədləri “PAŞA Sığorta” ASC-nin Marketinq araşdırmaları və yeni məhsulların Hazırlanması üzrə baş mütəxəssis/mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• “Yeni məhsulların yaradılması” proseduruna uyğun olaraq ideyaları lazımi mərhələlərdən keçirməklə məhsulları yaratmaq/ məhsullar üzrə layihələri idarə etmək;
• Məhsullar üzrə daxili bazada yerləşən verilənləri (data) intellektual təhlil etmək – mövcud məhsulların xarakteristikasını öyrənmək;
• Məhsullar üzrə xarici marketinq araşdırmasını aparmaq və ehtiyac olduğu zaman bazar araşdırması layihələrini təşkil/ icra etmək;
• Şirkət daxili ideyaların cəmləşdiyi platformaya daxil olan təkliflərin ilkin analitikasını aparmaq, müvafiq əməkdaşlarla görüşlər təşkil etmək, ideyaları ətraflı müzakirə etmək;
• Təklifləri, ideyaları, sorğuları reyestrə daxil etmək və mütəmadi olaraq statusları yeniləmək;
• Təklifləri, ideyaları, sorğuları prioritetlər üzrə sıralamaq;
• Məhsullar üzrə qiymətin/ tarifin (sığorta haqqı), şərtlərin hazırlanmasında/ yenilənməsində və s. işlərdə aktuariat və anderraytinq istiqamətlərinə dəstək göstərmək;
• Məhsullar üzrə tələbləri müştəri ehtiyaclarına əsasən hazırlamaq/ uyğunlaşdırmaq;
• Məhsulların avtomatlaşması mərhələsində biznes analitiki ilə sıx işləmək, tələbləri düzgün kommunikasiya etmək;
• Sığorta məhsulları üzrə müvafiq əməkdaşlara təqdimatlar/ təlimlər keçirmək, müxtəlif kommunikasiya metodları ilə onları məlumatlandırmaq və uyğun olarsa əməkdaşların məhsullar üzrə biliklərini yoxlamaq;
• Məhsulların bazara təqdim edilməsində müvafiq istiqamətlərə (məs. marketinq kommunikasiyaları) dəstək olmaq;
• Yeni məhsullar üzrə mütəmadi olaraq monitorinq aparmaq, analitika etmək və hesabatlıq hazırlamaq.
• Məhsullara dair digər istiqamətlərin sorğularını cavablandırmaq, dəstək göstərmək;
• Sığorta məhsulları üzrə peşəkar və texniki biliklərin artırılması üçün müvafiq kvalifikasiyaları (Cert CII, Dip CII) əldə etmək, seminarlarda və təlimlərdə iştirak etmək;
• Birbaşa müdirin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış işləri icra etmək.
Bilik və bacarıqlar:
• Biznesin idarə edilməsi, Marketinq, Layihələrin idarə edilməsi və ya digər uyğun istiqamət üzrə bakalavr və ya magistr təhsili;
• Marketinq (əsasən məhsulların yaradılması və idarə edilməsi istiqaməti), layihələrin idarə edilməsi, biznesin inkişafı, və ya digər oxşar istiqamət üzrə minimum 2 il iş təcrübəsi.
• Dil bilikləri: Azərbaycan və İngilis dilini yüksək səviyyədə bilmək; Rus dilini orta səviyyədə bilmək;
• Kompüter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı.
• Güclü analitik və problemləri həll etmə bacarıqları;
• Güclü kommunikasıya və liderlik bacarıqları;
• Bazarda baş verən hadisələri, trendləri və müştəri ehtiyaclarını analiz etmə bacarığı.
Son müraciət tarixi: 30 dekabr, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |